Xəbər lenti
Bu gün, 21:39
Bu gün, 20:06
Bu gün, 13:22
Bu gün, 12:26
Bu gün, 11:35
Bu gün, 10:46
Bu gün, 09:16
Dünən, 23:09
Dünən, 22:16
Dünən, 20:13
Dünən, 18:25
Dünən, 17:22
Swissinfo.ch, İsveçrə 11.05.2021 Azərbaycan prezidenti İlham Əliyev Şuşanı rəsmi olaraq Azərbaycanın əsas şəhəri – mədəniyyət paytaxtı elan edib. Ermənistanla Azərbaycan arasında Şuşanın da daxil olduğu bölgə uğrunda ötən ilin sonunda baş vermiş müharibə Bakının qələbəsi ilə bitirb. Bu günlərdə isə Azərbaycan prezidenti İlham Əliyev Dağlıq Qarabağ bölgəsinin mərkəzi sayılan Stepanakertin (Xankəndi - WM) cəmi 11 kilometriyində yerləşən Şuşa şəhəri ilə bağlı sözügedən sərənzamı imzalayıb. Şuşa 28 il ermənilərin işğalı altında olub. Azərbaycan onu ötən ilin noyabrında geri qaytarıb. Məhz bu şəhərin azad olunmasından sonra Yerevanla Bakı arasında müharibə bitib. 44 gün davam etmiş müharibədə hər iki tərəfdən 10 minə qədər insan həlak olub. Tərəflər arasında atəşkəs bəyannaməsi Rusiyanın vasitəçiliyi ilə imzalanıb. Ötən il noyabrın 10-da imzalanmış bu sənədlə Ermənistan Azərbaycanın 1990-cı illərin əvvəllərində işğal etdiyi Dağlıq Qarabağ bölgəsi və ona bitişik ərazilərinin 70%-ni itirib. Şuşa qala-şəhərinin əsası 1751-ci ildə Pənahəli xan Cavanşir tərəfindən qoyulub. Məşhur Azərbaycan yazıçıları, rəssamları və musiqiçilərinin beşiyi olan Şuşa 19-cu əsrdən ölkənin mədəniyyət mərkəzlərindən birinə çevrilib. “Qafqazın konservatoriyası” adlandırılan Şuşa müsəlman Şərqinin ilk operası olan “Leyli və Məcnun”u (1908-ci il) bəstələmiş Üzeyir Hacıbəyovun da vətənidir. Şəhərin tarixi hissəsi hələ 1977-ci ildə Heydər Əliyevin təşəbbüsü ilə tarix və memarlıq qoruğu elan edilib. O zaman bu, şəhərdəki abidələrin qorunması baxımından mühüm addım sayılırdı. Son müharibənin başa çatması ilə Bakı Şuşanın tarixi-mədəni irsinə, təbiətinə dəymiş maddi və mənəvi zərəri hesablamağa başlayıb. Bununla yanaşı, şəhərdə bərpa və yenidənqurma işlərinə də start verilib. Şuşa 1992-ci ildə Ermənistan tərəfindən işğal olunanadək şəhərdə 10 minə yaxın insan yaşayıb. 2020-ci ildəki müharibədən sonra isə Şuşada hələlik yalnız bərpa və yenidənqurma işlərini aparan mütəxəssislər və təbii ki, hərbçilər yaşayır. Lakin şəhərdən didərgin düşmüş köçkünlərin də tezliklə geri qayıdacaqları bildirilir. Hazırda şəhərdə su və elektrik enerjisi təchizatı bərpa olunur. Bununla yanaşı, Şuşanın mədəniyyət abidələri, dini məbədləri, məscidlər və iki kilsə (erməni və pravoslav) təmir olunur, buradan ən yaxın beynəlxalq hava limanının yerləşəcəyi Füzuli şəhərinə iki yol çəkilir. (İspan dilindən tərcümə - WorldMedia.Az) |
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar