Xəbər lenti
Dünən, 21:43
Dünən, 19:31
Dünən, 14:55
Dünən, 13:38
Dünən, 12:14
Dünən, 10:18
22-11-2024, 23:59
22-11-2024, 21:40
22-11-2024, 18:46
22-11-2024, 14:24
Dövlət dilini ölkədə millətlərarası ünsiyyət dilinə çevirmək lazımdır. Bu barədə yeni xüsusi lüğətin təqdimatı zamanı Qazaxıstanın Prezident Administrasiyasının rəhbərinin müavini Dauren Abayev bəyan edib.
Xəbəri «Qazaxinform» informasiya agentliyi sentyabrın 7-də yayıb.
«Son vaxtlar tez-tez danışırlar ki, televiziya və radioda, mətbuatda və saytlarda müxtəlif səhvlərə yol verilir. Dilçilər dil normalarının pozulmasından narahatlıq keçirirlər. Bununla əlaqədar olaraq Prezident Administrasiyası və İnformasiya və ictimai inkişaf nazirliyi tanınmış alimlərlə və dilçilərlə birgə bu lüğəti işləyib hazırlayıblar. Lüğət dövlət başçısına təqdim olunub və Prezidentin müsbət rəyini alıb» - Dauren Abayev lüğətin təqdimatı zamanı deyib.
Onun sözlərinə görə, tarixdə qazax dilinin çiçəklənməsi dövrü olduğu kimi, onun inkişafını əyləcləyən anlar da olub. Ancaq suverenlik illərində qazax dili hərtərəfli inkişaf edib və bu gün elm, texnologiya və biznes dilinə çevrilib.
«İndi bu dinamikanı gücləndirmək və dövlət dilini ölkədə millətlərarası ünsiyyət dilinə çevirmək lazımdır. Bununla əlaqədar olaraq, dövlət başçısı öz ismarışında deyib: «Hər bir vətəndaş, kimin ki, gələcəyi Vətənlə bağlıdır, qəzax dilini öyrənməyə diqət yönəltməlidir. Bu, vətənpərvərliyin başlıca göstəricisidir». Bu məqsədin yolunda sağlam düşüncəni, sülhü və cəmiyyət daxilində qarşılıqlı hörməti qorumaq lazımdır. Hesab edirəm ki, hər bir qazaxıstanlı bunda maraqlı olmalıdır», - Dauren Abayev fikrini tamamlayıb.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar