Xəbər lenti

“Alxanlıda körpənin ölümü faciədir və bu gün hər birimizin borcu belə hadisənin təkrarlanmasına yol verməməkdir”.

Publika.az
 xəbər verir ki, bu barədə keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov erməni hərbi birləşmələrinin Füzulinin Alxanlı kəndinə hücumu nəticəsində 2 mülki şəxsin (həlak olan şəxslərdən biri 2 yaşlı uşaqdır) ölümü xəbərini şərh edərkən deyib.

Onun sözlərinə görə. bu faciəli hadisəyə iki variantla reaksiya vermək olar:
“1. Azərbaycan vətəndaşlarının təhlükəsizliyinin təmin olunması məqsədilə Silahlı Qüvvələrimiz Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan ordusunun bütün hərbi infrastrukturuna ağır zərbələr endirərək, məhv etməlidir. Beləliklə, Ermənistan-Azərbaycan sərhədində hərbi vəziyyətə tam nəzarəti bərpa edə bilərik.

2. Bu terror və vandalizm aktının qınanması üçün beynəlxalq ictimaiyyətə müraciət”. 




Ana səhifəyə qayıt        Baxış: 897          Tarix: 5-07-2017, 13:09      

Xəbəri paylaş


Paylaş:   

Prizma