İşğalçı Ermənistan Respublikasının MN-nin baş qərargah rəisi, 366-cı motoatıcı qvardiya alayının tərkibində Xocalı soyqırımını törədən cinayətkarlardan biri Movses Hakobyan bu ilin may ayında hərbçilərlə keçirdiyi iclas zamanı orduda nizam-intizamın bərbad vəziyyətinə toxunmuş, komandirlərə bu istiqamətdə ciddi tapşırıqlar vermişdir.
Ovqat.com xəbər verir ki, Ermənistan mətbuatı bu məlumatı yayıb.
Məlumata görə, iclas zamanı general-leytenant Hakobyan xüsusilə onu qeyd edib ki, son zamanlar cəbhə bölgəsində erməni əsgərlərinin başlıca ölüm səbəbi səngərlərdə hərbi nizam-intizamın olmamasıdır.
Bu ilin may ayının 23-də keçirilmiş iclasdan 3 gün sonra Azərbaycanın Ermənistan tərəfindən işğal olumuş Qarabağ bölgəsinin şimal istiqamətində qoşunların təmas xəttində Azərbaycan Əsgərinin sərrast atəşi nəticəsində işğalçı erməni hərbi birləşmələrinin müqaviləli hərbi qulluqçusu Armen Harutyunyan məhv edilmişdir.
İşğalçı erməni ordusunun istənilən tədbiri Azərbaycan SQ-nin qarşıya qoyulmuş döyüş tapşırığını reallaşdırmağa əngəl törətmir. Hələ 2016-cı ilin aprel ayında "Dördgünlük müharibə" zamanı Azərbaycan SQ göstərdi ki, illərdir işğalçı erməni tərəfinin qoşunların təmas xəttində öyünərək, dilə gətirdikləri "Ohanyan mühəndis-istehkam xətti" cəfəngiyatdan başqa bir şey deyil və bu xətt ermənilərin işğal etdikləri Azərbaycan torpaqlarında təhlükəsizliklərinə zəmanət vermir. "Dördgünlük müharibədən" sonra keçən bir ildən çox vaxt ərzində Azərbaycan Ordusunun həyata keçirdiyi "səngər müharibəsi" hərbçilərimiz tərəfindən yüksək səviyyədə həyata keçirilir. Məşhur hərbi ekspertlərin və hərbi institutların da qeyd etdiyi kimi "səngər müharibəsinin" strateji məqsədi düşməni demoqrafiq və iqtisadi baxımdan zəiflətməkdir.
Bu gün işğalçı Ermənistanın SQ-də müəyyən olunmuş şəxsi heyət say kvotasının dolmaması, hərbi qulluğa yararlı gənclərin ölkəni tərk etməsi, erməni ordusunda xidmətdən kütləvi şəkildə boyun qaçırma olayları, işğalçı Ermənistan ordusunun silah-sursat və hərbi texnika baxımından özünü təmin edə bilməməsi, beynəlxalq qurumların nümayəndılırinin mövcud status-kvonun və eyni zamanda münaqişənin müharibə yolu ilə həllinin qəbul edilməzliyi kimi bəyatanları nəticəsində yaranmış situasiya onu göstərir ki, Azərbaycan və onun ordusu "səngər müharibəsi" taktik gedişi ilə məhsuldar hərbi-siyasi xətt yürüdür.
Nəriman Qarayev
Paylaş: