Oğuzda avtomobil yolu keçən piyadanı vuraraq öldürüb.
Ovqat.com məlumat verir ki, hadisə ötən gün axşam saatlarında Oğuz rayonunda baş verib. Sultan Gülməmmədov idarə etdiyi avtomobillə şəhər ərazisində hərəkətdə olarkən yolu keçmək istəyən piyada, Oğuz şəhər sakini 68 yaşlı Vidadi Ağayevi vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan Vidadi Ağayev Oğuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilsə də, orada dünyasını dəyişib.
Sumqayıt şəhərində isə qatar 65 yaşlı kişini vurub. Hadisə Bakı-Yalama dəmir yolu xəttinin Hacı Zeynalabdin Tağıyev qəsəbəsindən keçən hissəsində baş verib. Qatarın vurduğu 65 yaşlı Xıdır Paşayev ağır vəziyyətdə Sumqayıt şəhər Təcili Tibbi yardım xəstəxanasına çatdırılıb, onun vəziyyətinin ağır olduğu bildirilir .
Xıdır Paşayev dəmiryolçudur və orada fəhlə işliyir. Faktla bağlı araşdırma aparılır. /Xezerxeber.az/
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Paylaş: