Xəbər lenti

ABŞ tərəfindən öldürülmüş iranlı general Qasım Süleymaninin ikinci ildönümü ilə bağlı İranın müxtəlif şəhərlərində mərasimlər keçirilib.

Axar.az xəbər verir ki, paytaxt Tehranda 12 min yerlik “Azadi” stadionunda minlərlə gənc qadın “Xədicə Qasım qızı” mərasimində iştirak edib.

Xüsusilə generalın doğulduğu Kirman əyalətində mərasimlərə daha çox insan qatılıb. Burada isə sakinlər Süleymaninin xatirəsinə yürüş keçiriblər.

Bundan əlavə, İraqın paytaxtı Bağdadda da etirazçılar Süleymaninin öldürülməsinə etiraz olaraq ABŞ-ın İraqdakı səfirliyinin binasının maketini yandırıblar.

Qeyd edək ki, Q.Süleymani 2020-ci ilin 3 yanvar tarixində İraqda Bağdad aeroportu yaxınlığında ABŞ-ın aviazərbəsi ilə öldürülüb.



Ana səhifəyə qayıt        Baxış: 3 431          Tarix: 2-01-2022, 17:22      

Xəbəri paylaş


Paylaş:   

Prizma