Xəbər lenti


İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) “Qüds” briqadasının komandanı, general Qasım Süleymaninin ölümündə təqsirləndirilən Mahmud Musəvi Məcd edam edilib.
 
Modern.az xəbər verir ki, casusluqda ittiham olunan şəxslə bağlı çıxarılan hökm iyulun 20-də səhər saatlarında icra olunub.
 
Mahmud Musəvi Məcd həm İsrail kəşfiyyatına, həm də ABŞ kəşfiyyatına işləyib. O, pul alaraq Qasım Süleymaninin gediş-gəlişi ilə bağlı məlumatları toplayıb və aidiyyəti üzrə ötürüb.
 
Xatırladaq ki, bu ilin yanvar ayında Bağdad Hava limanının raket zərbələrinə məruz qalması nəticəsində SEPAH-ın “Qüds” briqadasının komandanı, general Qasım Süleymani və İranın himayədarlıq etdiyi Xalq Səfərbərlik Qüvvələrinin (XSQ) komandan müavini Əbu Mehdi əl-Mühəndisi öldürülüb.

Buna cavab olaraq İran İraqda 110-dək ABŞ əsgərinin yerləşdiyi bazaya ballistik raket zərbəsi endirdi.

 


Ana səhifəyə qayıt        Baxış: 2 900          Tarix: 20-07-2020, 11:03      

Xəbəri paylaş


Paylaş:   

Prizma