Xəbər lenti

 Ermənistan silahlı qüvvələrinin iyulun 4-də Füzuli rayonunun Alıxanlı kəndini atəşə tutması nəticəsində biri iki yaşlı uşaq olmaqla 2 dinc sakinin həlak olması və daha birinin yaralanmasına etiraz əlaməti olaraq aksiya keçirilib.

Report xəbər verir ki, Türkiyədəki Qarabağ Azərbaycanlıları Dərnəyinin bir qrup üzvü və bu ölkədə təhsil alan tələbələr İstanbulun Üsküdar bələdiyyəsində bir araya gəliblər.

Aksiya iştirakçıları əllərində Azərbaycan bayraqları, iki yaşlı Zəhra və nənəsinin şəkilləri ilə xalqa müraciət ediblər. 15 iyul hadisələrindən sonra Türkiyədə davam edən fövqəladə vəziyyət rejimi səbəbindən kütləvi mitinqlərə icazə verilmədiyi üçün onlar kiçik bir ərazidə haqq səslərini türk xalqına çatdırmağa çalışıblar. Ətrafdakı insanlara yaşananlar barədə məlumat verən dərnək nümayəndələri, dünyanın bu vəhşiliyi görməli olduğunu, körpə Zəhranı qətlə yetirənlərin ədalət qarşısında cavab verməli olduğunu bildiriblıər.

Körpə Zəhra üçün təşkil olunan yürüşün digər bir ünvanı isə azərbaycanlıların daha sıx yaşadığı İstanbulun Halkalı bələdiyyəsi olub. İstanbul-Azərbaycan dərnəyinin üzvləri, bu şəhərdə yaşayan həmvətənlərimiz, tələbələr təxminən 2 km məsafəni müxtəlif şüarlar səsləndirərək qət ediblər. Onlar Zəhranı qətlə yetirən faşıst ermənilərin cəzasız qalmaması üçün türk xalqını baş verən hadisəyə biganə qalmamağa çağırıblar.

Əllərində “Uşaq qatili Ermənistanı qınayırıq" şüarı tutan mitinq iştirakçıları körpə Zəhranın qatillərinə ən sərt cəzanın verilməsini tələb ediblər.

Dərnək nümayəndələri mənfur ermənilərin tarix boyu türk xalqlarının başına gətirdiyi müsibətlərdən danışaraq mətbuata iyulun 4-də yaşanan dəhşətli hadisə haqqında ətraflı məlumat veriblər.

İyulun 9-da körpə Zəhra üçün İstanbulun Taksim meydanında yerləşən Qalatasaray Liseyinin önündən başlayan genişmiqyaslı etiraz aksiyası keçiriləcək.




Ana səhifəyə qayıt        Baxış: 772          Tarix: 8-07-2017, 08:57      

Xəbəri paylaş


Paylaş:   

Prizma