Xəbər lenti
Bu gün, 16:59
Bu gün, 15:15
Bu gün, 14:35
Bu gün, 10:37
Bu gün, 10:00
Dünən, 22:50
Dünən, 21:23
Dünən, 20:40
Dünən, 12:41
Dünən, 11:56
Dünən, 09:42
24-11-2024, 23:30
24-11-2024, 22:24
“Metsamor” Atom Elektrik Stansiyası ilə bağlı məsələ yenidən gündəmə gəlib. Türkiyə mətbuatı yazır ki, qəzalı vəziyyətdə olan bu stansiya bölgə üçün nüvə bombasıdır. Mövzuyla bağlı “Kaspi” qəzetinin yazısını təqdim edirik.
Dünyanın atom elektrik stansiyaları arasında ən təhlükəlisi olan “Metsamor”la bağlı Türkiyənin “Star” qəzeti yazır ki, texniki cəhətdən istismar müddətini başa vurmuş stansiya təkcə Türkiyə üçün deyil, bütün region və təbii ki, Ermənistanın özü üçün böyük təhlükə olaraq qalır. Elektrik stansiyasını nüvə bombasına bənzədən qəzet xatırladır ki, Ermənistan “Metsamor”la bağlı dəfələrlə öz üzərinə öhdəlik götürüb və beynəlxalq standartlara uyğun tədbirlər görəcəyini bildirərək zavodun lisenziyasını uzadıb. 2016-cı ildə Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) “Metsamor”un uzunmüddətli istismarı üçün müntəzəm olaraq yenilənməyə ehtiyacı olduğunu bildirib. 1977-ci ildə Sovet İttifaqı tərəfindən tikilən stansiya Türkiyə-Ermənistan sərhədinin yaxınlığında yerləşir.
“Sərhəd şəhərimiz İğdırdan cəmi 16 km məsafədə olan “Metsamor” eyni ildə açılmış Çernobıl AES kimi birinci nəsil AES-dir. Bir faktı da qeyd edək ki, birinci nəsil stansiyalarının riskləri ABŞ və Avropada aktual mövzu kimi qalır. Çernobıl kimi, onun da reaktorunun soyumasını təmin etmək üçün kifayət qədər suyun olmadığı bildirilir. Nüvə yanacağını qorumaq üçün hövzəsi olmayan “Metsamor”un arxitektura baxımından nasaz olduğu hətta tikildiyi zaman mütəxəssislər tərəfindən diqqətə çatdırılıb. “Metsamor” da Ağrı dağının qırılma xəttində yerləşir. Gümrü zəlzələsindən sonra 1989-cu ildə təhlükəsizlik məqsədilə bağlansa da, 1993-cü ildə yenidən açılıb”, - deyə qəzet yazır.
1999-cu ilin sentyabrında Brüsseldə Ermənistanla Avropa İttifaqı arasında “Metsamor” AES-in 2004-cü ilə qədər bağlanması haqqında saziş imzalanıb. Ermənistan 2001-ci ildə Avropa Şurasına üzv olarkən, 2004-cü ilə qədər “Metsamor” AES-i bağlayacağına söz vermişdi. 2005-ci ildə elektrik stansiyası texniki istismar müddətini başa vursa da, Ermənistan parlamenti qərar qəbul edərək stansiyanın istismar müddətini 2016-cı ilə qədər uzadıb. 2016-cı ildə yalnız iqtisadi səbəblərdən əlavə qərar qəbul edərək, stansiyanı 2026-cı ilə qədər işlətməyə qərar verib. Bundan başqa, Ermənistanda radioaktiv tullantıların saxlanması ilə bağlı şəffaflıq yoxdur. Mütəxəssislərin şərhinə görə, zəlzələ zonası olduğundan, tullantıların saxlanılması üçün təhlükəsiz ərazi yoxdur. İnsan sağlamlığını ciddi şəkildə təhdid edən bir çox radioaktiv maddələrin elektrik stansiyasından sızması indi elmi cəhətdən məlumdur. Arpaçay və Araz çaylarından götürülən su, elektrik stansiyasının soyudulmasına sərf edilir, daha sonra çaylara axıdılmaqla suyu çirkləndirir. Bundan əlavə, tullantı suları və reaktordan çıxan radioaktiv yanacaq Qarabağda basdırılıb ki, bu da regionda ekoloji problemlər yaratmaqdadır. Elektrik stansiyası dərhal bağlansa belə, onun yaratdığı ekoloji problemləri həll etmək üçün illər lazım olacaq.
Məqalədə xatırladılır ki, Azərbaycan XİN də dəfələrlə “Metsamor” AES-in dünyanın ən təhlükəli atom elektrik stansiyalarından biri olmasına diqqət çəkib və dünya ictimaiyyətini stansiyanın fəaliyyətini dayandırmağa çağırıb.
“Gördüyümüz kimi, bütün risklərə və region ölkələrinin, aidiyyəti qurumların və ekspertlərin xəbərdarlıqlarına baxmayaraq, Ermənistan tikildiyi vaxtdan bəri çoxlu qəzalarla üzləşən elektrik stansiyasının istismarında israrlıdır. Ən mühüm səbəb kimi də Ermənistanın enerji ehtiyacı göstərilir.
Belə ki, stansiya Ermənistanın enerji ehtiyacının 40 faizini ödəyir. Ermənistan bir tərəfdən Rusiyadan asılı olmayaraq enerji mənbəyinə sahib olmaq istəyir, digər tərəfdən də bu enerji mənbəyinin xammalını əldə etməklə Rusiyadan asılı ölkə kimi qalır. Ermənistanın bu siyasətində mühüm ziddiyyət var. Bununla belə, ABŞ və Avropa İttifaqı Ermənistanın alternativ enerji layihələrinə dəstək verməyə hazır olduqlarını bəyan edirlər. Ermənistan “Metsamor” AES-dən əvvəlki illərdə də Türkiyə və Azərbaycana qarşı təhdid kimi istifadə edib. Xüsusən də işğalçı və aqressiv siyasətinə görə regionda həyata keçirilən layihələrdən kənarda qalan Ermənistan, stansiyanı bağlamaq üçün bu layihələrdə yer almaq istədiyini bildirib. Türkiyə də dəfələrlə MAQATE-yə müraciət edərək, elektrik stansiyasının bağlanmasını tələb edib. Türkiyə kimi İran, Gürcüstan və Azərbaycan da risk altında olan ölkələrdir”, - deyə məqalədə bildirilir.
Ermənistanın da tərəfdarı olduğu Nüvə Təhlükəsizliyi Konvensiyasının təftiş iclasları zamanı Türkiyə köhnə texnologiya ilə işləyən elektrik stansiyasının bütün bölgə üçün real risk faktoru olduğunu vurğulayıb. Bundan əlavə, Türkiyə Atom Enerjisi Agentliyinin mümkün nüvə qəzası nəticəsində meydana gələ biləcək təbii radiasiya səviyyəsinin artımından xəbərdar olması və müdaxilə edə bilməsi üçün bölgədə 14 “Radiasiya Erkən Xəbərdarlıq Sistemi Şəbəkəsi” qurub. RESA stansiyaları baş verə biləcək hər cür nüvə qəzalarında erkən xəbərdarlıq edərək, radiasiyaya məruz qalan ərazidən uzaqlaşmaq üçün lazımi vaxtı qazanmağı hədəfləyir.
Məqalənin sonunda bir daha qeyd olunur ki, AES təkcə Türkiyə üçün deyil, bütün region və təbii ki, Ermənistanın özü üçün böyük təhlükə olaraq qalmaqda davam edir. Elektrik stansiyası nüvə bombasına bənzədilir və bu elektrik stansiyasını bağlayıb, aktiv seysmik zonada yeni atom elektrik stansiyası inşa etmək əvəzinə, Ermənistanın geoloji cəhətdən daha təhlükəsiz bölgəsində yeni elektrik stansiyasının tikintisi, ya da alternativ enerji mənbələrinin inkişafı təklif edilir. Bununla da, Türkiyənin şərq bölgələrinə təsir edə biləcək böyük fəlakət riskinin xeyli azalacağı vurğulanır.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar