Xəbər lenti
Bu gün, 18:46
Bu gün, 11:23
Bu gün, 10:54
Dünən, 23:44
Dünən, 19:23
Dünən, 17:45
Dünən, 16:14
Dünən, 14:30
Dünən, 11:47
20-11-2024, 23:59
20-11-2024, 23:00
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, Milli Məclisin Avronest PA-dakı nümayəndə heyətinin üzvü Fərəc Quliyevin qurumun 23.05.2017 tarixində keçirilən iclasında Ermənistanın “Metsamor” Atom Elektrik Stansiyası ilə bağlı etdiyi çıxış erməni deputatların ciddi naratlığına səbəb olub. Ermənilərin təşvişinə baxmayaraq, Avronest PA-nın həmsədri, almaniyalı deputat Rebekka Harms Fərəc Quliyevin fikirlərini ciddi şəkildə dəstəklənib. O, öz çıxışında Fərəc Quliyevə təşəkkür edib və qaldırdığı məsələnin çox vacib və aktual olduğunu bildirib.
Fərəc Quliyevin Avronest PA-dakı həmin çıxışının tam mətninin Azərbaycan dilində tərcüməsini təqdim edirik:
“Hörmətli həmkarlarım,
Mən sizin diqqətinizi bu qətnamədə olması vacib olan olduqca mühüm bir məsələyə cəlb etmək istərdim.
Ermənistandakı “Metsamor” elektrik stansiyası hazırda az sayda qalmış nüvə reaktorları növündəndir ki, onlar ilkin müdafiə qurğuları olmadan tikilmişdir. Sovet dövründə qurulmuş birinci nəslindən olan, su ilə soyudulan bu növ 5 stansiyanın istifadə müddəti bitmiş haldadır, lakin bir fakt var ki, Ermənistandakı reaktora Rusiyadakı dördündən fərqli yanaşılır.
Bir neçə il bundan əvvəl Avropa İttifaqının nümayəndəsi bəyan etdi ki, “bu müəssisə bütün region üçün təhlükə mənbəyidir”, lakin Aİ-nın “Metsamor” AES-nın bağlanmasının maliyyələşdirilməsi üçün təqdim ediləcək 200 milyon avro (289 milyon dollar) həcmində kreditin ayrılması haqqında təklifindən bir qədər sonra Ermənistan imtina etdi. Aİ-da hesab edirdilər ki, stansiya “nüvə təhlükəsizliyinin beynəlxalq səviyyədə tanınmış standartlarına qədər təkminləşdirilə bilməz” və 2011-ci ilə qədər bağlanılmalıdır. 2013-cü ildə Aİ nümayəndə heyətinin başçısı Trayan Xristea Ermənistanda bəyan etdi ki, “Metsamor” AES-nın istismarı məsələsi “Ermənistan –Aİ münasibətləri gündəliyinin başlıca məsələlərindən biridir”. 2014-cü ildə Avropa Komissiyası bir daha Ermənistanı mümkün qədər tez şəkildə AES-nı bağlamağa çağırdı. Bu barədə Avropa Komissiyasının 2013-cü ildəki Avropa qonşuluq siyasəti proqramı üzrə ermənistanın inkişafı haqqındakı məruzəsində qeyd edilir. Buna Ermənistan tərəfindən heç bir reaksiya bildirilmədi. Stansiyanı “köhnəlmiş və təhlükəli” adlandıran Birləşmiş Ştatlar hökuməti yeni stansiyanın tikintisi üçün tədqiqatda iştirak edəcəyini bildirdi.
Bir müddət susqunluğun arxasınca, 2011-ci ildə Türkiyədə baş verən zəlzələdən sonra “Metsamor” AES məsələsi yenidən aktuallaşdı. Həyəcan təbilini türk tərəfi vurdu. Köhnəlmiş və qəza vəziyyətində olan AES istənilən an bütün regionun ekosistemini məhv edə bilər. Stansiya ətraf mühitə düzəldilməsi mümkünsüz olan ziyan vurur – reaktorun soyudulması üçün Arpaçay və Araz çaylarının suyundan istifadə olunur ki, bundan sonra istifadə edilmiş su, heç bir təmizlənmə işi aparılmadan çaylara axıdılır. Bəzi mənbəələrə görə “Metsamor” AES-nın nüvə tullantılarının Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan torpaqlarında basdırılması ehtimalı, hətta faktı da mövcuddur.
Bolqarıstanda dörd, Slovakiyada isə iki “ВВЭР 440” bloku həmin ölkələrin Avropa İttifaqına daxil olması şərti qismində bağlanmışdır. Lakin, həmin bloklardan dördü hələ də Rusiyada istismar edilməkdədir. “Metsamor” yeganə “ВВЭР 440” modeli və 230 modelidir ki, Rusiya hüdudlarından kənarda fəaliyyət göstərir.
Əslində Ermənistan AES-nın daşımış olduğu təhlükələrin sayı daha çoxdur.
Birincisi, stansiya köhnəlib, onun avadanlıqları bütün hallarda artıq öz istismar müddətlərin başa vurublar. İkincisi, o, 11 bal gücündə zəlzələlərin baş verə biləcəyi zonada, tektonik sınıq yerindən cəmi 500 m məsafədə yerləşir. Üçüncüsü, ekspertlərin rəyinə görə, stansiyanın təhlükəsizlik sistemi ən aşağı səviyyədədir. Və istismar edildiyi illər ərzində vəziyyətin yaxşılaşdırılması istiqamətində heç bir iş görülməyib. Dördüncüsü, stansiyada qəza baş verməsi halında bütün region zərər görəcəkdir. Radioaktiv tullantılar geniş əraziləri əhatə edəcək, təkcə Ermənistanın deyil, qonşu ölkələrin sakinləri də zərər görəcəklər.
Stansiyada mütəmadi olaraq sızmalar baş verir və radioaktiv tullantılar ətraf mühiti çirkləndirir. Böyük narahatlığa səbəb olur ki, stansiya polad və ya betondan olan korpusa – hermetik qata malik deyil, bu olsaydı mümkün qəza hadisələri zamanı radiasiya şülanmasına yol verməzdi. AES nə qədər çox çalışırsa, onun reaktorunun özünün qatı nazik, qəza baş verməsi halında havaya yüksək dərəcədə radiasiyanın atılması ehtimalı isə bir o qədər yüksək olur. “Metsamor”-da baş verə biləcək qəza paytaxtı – stansiyadan cəmi 20 km məsafədə yerləşən və ölkə əhalisinin üçdə iki hissəsinin evi olan İrəvan şəhərini dağıdardı. “Metsamor”-un yerləşdiyi, Ermənistanın başlıca kənd təsərrüfatı zonası da yararsız hala düşərdi. Vətəndaşlar qəza vəziyyətində olan stansiya ilə qonşuluqda yaşamaq məcburiyyətində qalıblar.
Atom elektrik stansiyası – kifayət qədər ucuz elektrik enerjisidir, lakin bu həm də Ermənistanın bütün regionu məhkum etdiyi ölümlə daimi gizlən-qaç oyunudur. “Metsamor” AES-nın təhlükəli olmasını bəyan etməklə Azərbaycan, həm öz təhlükəsizliyinin, həm bütün regionun təhlükəsizliyinin və əlbəttə ki, bu gün burada barıt çəlləyi üzərində yaşamaqda olan ermənilərin özlərinin təhlükəsizliyinin qeydinə qalır.
2014-cü ilin sonunda Rusiya və Ermənistan “Metsamor” AES-nın ikinci enerji blokunun istismar müddətinin 2026-cı ilə qədər uzadılması məsələsində əməkdaşlıq haqqında razılaşma imzaladılar. Brifinqdə isə, Rusiyanın “Rosatom” dövlət korporasiyasının başçısı Sergey Kiriyenko ilə Ermənistanın energetika naziri Yervand Zaxaryan inadla yenidən təkrar etdilər ki, Ermənistan hökuməti yeni AES tikməyə hazırlaşır.
Ermənistan daima və hər yerdə özünün su ehtiyatlarının bolluğu ilə lovğalanır, bəs onda o, niyə daha az təhlükəli dağıtma texnologiyasına malik elektrik istehsalından – hidroenergetikadan istifadə etmir və niyə atom enerjisindən imtina etmir?
Diqqətinizə görə sağ olun.”//Moderator.az
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar