Xəbər lenti



ABŞ hökuməti Ukrayna prezidenti Vladimir Zelenskiyə irəliləyən Rusiya qüvvələri tərəfindən tutulmamaq və ya öldürülməmək üçün Kiyevi tərk etməyə kömək etməyə hazır olduğunu çatdırıb. Amma prezident indiyə qədər getməkdən imtina edib.

Ovqat.com xəbər verir ki, məlumatı “Washington Post” yayıb.

Nəşr Ukrayna və ABŞ rəsmilərinə istinadən bildirib ki, Rusiya ordusu cümə günü hücumlarını artırarkən,  Zelenski ciddi şəxsi risklərə baxmayaraq hökumətinə rəhbərlik etməyə söz verib. “Bizdə olan məlumata görə, düşmən məni 1 nömrəli, ailəmi isə 2 nömrəli hədəf kimi seçib”. O, səhər tezdən ukraynalılara müraciətində deyib: “Düşmənlər dövlət başçısını məhv etməklə Ukraynanı siyasi cəhətdən çökdürmək istəyirlər”.




Ana səhifəyə qayıt        Baxış: 6 410          Tarix: 26-02-2022, 05:52      

Xəbəri paylaş


Paylaş:   

Prizma