Xəbər lenti

 

Şabranda fermerler maraqlı faktla üzləşiblər.

Ovqat.com xəbər verir ki, pomidor toxumu əkən təsərrüfatçıların sahəsində qeyri-adi məhsul yetişib. Şabranın Rəhimli kəndində təsərrüfatla məşğul olan Rəşad Novruzov bu il 1 hektar ərazidə pomidor becərib. Pomidorun Sultan növünü paytaxtdan gətirən fermer məhsulu yetişdirərkən dərman və kimyəvi preparatlardan istifadə etmədiyini bildirir.

O, ilk dəfədir ki, belə halla qarşılaşdığını bildirib: "Bu il pomidor şitili əkmişdik. Qeyri-adi pomidor nəzərimizə dəydi. Biz də istədik ki, xalqımız bu pomidorları görsün. Pomidorun toxumunu Maştağadan almışdım. Geninin dəyişdirilməsi üzündən belə olmasını düşünürəm".

Pomidorun qeyri-adi yetişməsi onun məhsuldarlığına mənfi təsir göstərməyib. Təsərrüfatçı qeyri-adi pomidor toxumunu alaraq artırmağı düşünür. (ARB TV)




Ana səhifəyə qayıt        Baxış: 972          Tarix: 10-07-2017, 21:53      

Xəbəri paylaş


Paylaş:   

Prizma