Xəbər lenti

Azərbaycan Mərkəzi Bankının (AMB) sabiq sədri Elman Rüstəmova yeni vəzifə verilib.

Bu barədə Ovqat.com-a Nazirlər Kabinetinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, o, Baş nazir Əli Əsədovun müşaviri təyin edilib.

Qeyd edək ki, ötən gün Milli Məclisin qərarı ilə Elman Rüstəmov Mərkəzi Bankın İdarə Heyətinin üzvlüyündən azad edilib. O, İdarə Heyətinin üzvlüyündən azad edilməklə həm də AMB sədrliyindən də azad olunub. Bu il 70 yaşı tamam olacaq E.Rüstəmov 1995-ci ilin yanvar ayından Mərkəzi Bankın rəhbəri idi.



Ana səhifəyə qayıt        Baxış: 2 983          Tarix: 13-04-2022, 12:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma