Xəbər lenti
Dünən, 23:11
Dünən, 22:52
Dünən, 15:45
Dünən, 14:25
Dünən, 13:15
Dünən, 10:18
1-02-2025, 23:34
1-02-2025, 20:25
1-02-2025, 19:48
1-02-2025, 18:45
1-02-2025, 16:55
1-02-2025, 14:20
1-02-2025, 13:12
BMT Təhlükəsizlik Şurasında veto hüququna malik 5 ölkədən biri bu hüququndan istifadə edəcəyi təqdirdə BMT Baş Assambleyası qarşısında açıqlama verəcək.
Ovqat.com-un məlumatına görə, BMT Baş Assambleyasının bu gün qəbul etdiyi qətnamənin tələbi belədir.
Türkiyənin də daxil 80-dən çox ölkə tərəfindən hazırlanan qətnamə layihəsində vurğulanır ki, BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvünün qlobal sülhün təminatçısı olacağı gözlənildiyi halda, tez-tez veto hüququndan istifadə etməsi BMT TŞ-ni faktiki fuksionerliyini itirmiş qurum halına gətirir. Odur ki, müzakirə olunan məsələlərə veto qoyan daimi üzvlər BMT Baş Assambleyası qarşısında açıqlama verib öz qərarlarını əsaslandırmalıdırlar.
Layihə bu gün 193 üzvü olan BMT Baş Assambleyasının müzakirəsinə çıxarılıb və səs çoxluğu ilə qəbul olunub.
Qətnaməyə əsasən, veto hüququndan istifadə edən TŞ-nin daimi üzvləri ən geci 10 gün ərzində Baş Assambleya qarşısında açıqlama verməlidirlər.
Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinin veto hüququnun azaldılması üçün uzun müddətdir müzakirə edilən bu məsələ Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibədən sonra yenidən gündəmə gəlmişdi.
BMT Təhlükəsizlik Şurasında veto hüququna malik olan ABŞ və Böyük Britaniya da BMT Baş Assambleyasına gətirilən qanun layihəsini dəstəkləyib və qətnamənin təqdimatçıları arasında olub.
Qətnamənin Rusiyaya qarşı qəbul olunduğu şübhə doğurmur. Çünki BMT TŞ-nın üzvləri arasında veto hüququndan ən çox istifadə edən Rusiya olub. İlk dəfə 1946-cı ildə, yəni BMT yarandıqdan bir il sonra bu hüququndan istifafə edən Rusiya o vaxtdan indiyədək 120 qətnaməyə veto qoyub.
Rusiyadan sonra BMT Təhlükəsizlik Şurasında veto hüququndan ən çox istifadə edən ikinci ölkə ABŞ-dır.
Birləşmiş Ştatlar indiyədək əksəriyyəti İsrail əleyhinə olmaqla 82 qətnaməyə veto qoyub. Böyük Britaniya və Fransa isə 1989-cu ildən bəri veto hüququndan istifadə etməyiblər.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər