“BMT Təhlükəsizlik Şurasında Afrika qitəsinə veto hüquqlu iki daimi və iki qeyri-daimi üzvlük yeri verməyə çağırırıq”.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu təklifi Liviyanın xarici işlər naziri Məhəmməd Siala BMT Baş Assambleyasında çıxışı zamanı səsləndirib.
Onun sözlərinə görə, BMT Təhlükəsizlik Şurasında islahatlar aparılmalıdır: “Artıq XXI əsrin reallığını əks etdirməyən bu təşkilatda islahatlar aparılmalıdır. Bunu geosiyasi gerçəklik də tələb edir. BMT Təhlükəsizlik Şurasında hamının, o cümlədən Afrika qitəsinin bərabər şəkildə təmsil olunmasına zəmanət vermək üçün islahatlar vacibdir. Biz həmçinin Afrikaya veto hüquqlu iki daimi və iki qeyri-daimi üzvlük yeri verməyə çağırırıq. Çünki BMT-də müzakirə olunan məsələlərin əksəriyyəti Afrikaya aiddir”.
Paylaş: