Xəbər lenti
Bu gün, 19:31
Bu gün, 16:10
Bu gün, 14:55
Bu gün, 13:38
Bu gün, 12:14
Bu gün, 10:18
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
ABŞ BMT Təhlükəsizlik Şurasına İrana silah embarqosunun uzadılmasını nəzərdə tutan qətnamə layihəsi təqdim edib.
Ovqat.com-un məlumatına görə, qətnamə layihəsində BMT TŞ-də 13 il əvvəl qəbul olunmuş, 2015 ildə isə İranla bağlanan nüvə sazişinə əsasən oktaybr ayında başa çatan silah embarqosunun davam etdirilməsi nəzərdə tutulur.
İrana silah-sursat satışını və transferini qadağan edən layihədə həmçinin bu ölkəyə aid gəmilərin əsaslı şübhələr yaranacağı təqdirdə yoxlanılması da nəzərdə tutulur.
Layihənin qüvvəyə minməsi üçün BMT TŞ-nın Daimi üzvləri daxil olmamaqla, ən azı 9-nun səs verməsi lazımdır. BMT Nizamnaməsinə görə, TŞ-nın Daimi üzvlərdən (ABŞ, Rusiya, Çin, Böyük Britaniya və Fransa) yalnız birinin veto hüququndan istifadə etməsi isə layihənin müzakirəyə çıxarılmasını əngəlləyir.
Qeyd edək ki, Rusiya və Çinin bu layihəyə veto qoyacağı indidən bəllidir və layihə müəllifləri də bunun fərqindədirlər.
ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Brayan Huk layihənin müzakirəsi ilə bağlı bildirib ki, Vaşinqton BMT TŞ-na diplomatik yolla təzyiq göstərəcək və silah tədarükü embarqosunun uzadılmasına dəstək axtaracaq.
“Biz qanun layihəsi hazırlamışıq və ümidvarıq ki, bu layihə BMT Təhlükəsizlik Şurasında qəbul olunacaq. Rusiya və Çin Yaxın Şərqdə məzhəb müharibələri aparan İrana silah satmaqdansa, regional sabitlikdən daha çox mənfəət əldə edə bilər. ABŞ diplomatiyasının bu təşəbbüsü veto ilə əngəllənərsə, Vaşinqton İrana qarşı silah embarqosunu digər vasitələrlə bərpa etmək hüququnu özündə saxlayacaq",- Brayan Huk belə deyib.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar