Xəbər lenti

  

Argentina senatının üzvü cəbhə xəttində Ermənistanın mülki şəxslərin öldürülməsi ilə nəticələnən təxribatını pisləyib.

 Xarici İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, Azərbaycan xalqına dəstəyin ifadə olunduğu və Ermənistanın təcavüzkar siyasətini qınayan məktub Azərbaycanın Argentinadakı səfirliyinə göndərilib. Argentina Senatında Azərbaycanla Dostluq Qrupunun rəhbəri Maria Ester Labado tərəfindən hazırlanan məktubda Fizuli rayonu, Alxanlı kəndində erməni silahlı qüvvələri tərəfindən mülki əhalinin öldürülməsi ilə bağlı dərin təəssüf ifadə olunur.

 “Bu hadisə təkcə xalqlarımızın ruhuna qarşı bir hücum olduğuna görə deyil, həm də uşaqların qətlinin mütləq pislənilməli olduğuna görə bizi narahat edir,”- deyə senator məktubda bildirib. 

 Qeyd edək ki, iyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub.

 Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri - 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi, 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar.

 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə yaralanıb




Ana səhifəyə qayıt        Baxış: 792          Tarix: 12-07-2017, 10:29      

Xəbəri paylaş


Paylaş:   

Prizma