Xəbər lenti
Dünən, 23:44
Dünən, 19:23
Dünən, 17:45
Dünən, 16:14
Dünən, 14:30
Dünən, 11:47
20-11-2024, 23:59
20-11-2024, 23:00
20-11-2024, 21:41
20-11-2024, 18:40
20-11-2024, 17:11
20-11-2024, 16:41
20-11-2024, 15:36
20-11-2024, 14:19
“Münaqişənin həllində Azərbaycanın mövqeyi qəti və prinsipial xarakter daşıyır”. Moderator.az xəbər verir ki, bu sözlər xarici işlər naziri Elmar Məmmədyarovun 9 iyul diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı münasibətilə yazdığı qeydlərində yer alıb:
“Azərbaycan işğal faktı ilə heç zaman barışmayacaq, heç zaman öz ərazisində ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək. Azərbaycan xalqının iradəsi əsasında dövlət başçısı tərəfindən danışıqlar prosesində Azərbaycanın strateji mövqeyi məhz bu şəkildə qoyulub. İyulun 4-də Füzuli rayonunun Alxanlı kəndində mülki insanları ağır silahlardan hədəfə alaraq, azyaşlı qızcığazın, onun nənəsinin ölümünün və digər qadının yaralanmasının səbəbkarı olan Ermənistan əslində bir daha özünün əsl xislətini, təxribatlar yolu ilə danışıqlar prosesini və həmsədrlərin səylərini pozmaq siyasətini sübut etmiş oldu.
Ermənistanın Azərbaycana qarşı təcavüz, işğal və etnik təmizləmə siyasəti, həmçinin işğal edilmiş ərazilərdə mülki Azərbaycan əhalisinə qarşı dövlət səviyyəsində törətdiyi terror, hərbi və bəşəriyyət əleyhinə cinayət əməllərinin ifşası nəticəsində erməni yalanları üzə çıxarılıb və Ermənistanın bir dövlət olaraq beynəlxalq səviyyədə mənəvi dayaqları və imici əsaslı şəkildə sarsılıb. Beynəlxalq ictimai rəydə Ermənistanın işğalçılıq siyasəti və erməni yalanları barədə aydın fikir formalaşdırılıb. Alxanlı kəndində törətdiyi təxribatla Ermənistan növbəti dəfə özünü ifşa etdi”.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar