
Xəbər lenti
Dünən, 18:17
Dünən, 10:05
Dünən, 09:34
23-02-2025, 23:10
23-02-2025, 22:48
23-02-2025, 21:25
23-02-2025, 20:17
23-02-2025, 19:15
23-02-2025, 18:28
23-02-2025, 17:31
23-02-2025, 16:49
23-02-2025, 15:32

Son dövrlərdə bir çox dövlət qurumları işçilərinin, eləcə də müəllimlərin yerli-yersiz imtahan edilməsi, sertifikasiyadan keçirilməsi çox vaxt haqqlı narazılığa səbəb olub. Uzun illər həmin peşədə çalışmış, müəyyən yaş dövrünü ötmüş işçilərə yenidən imtahan həyəcanı yaşatmaq bürokratiyadan başqa bir şey deyil. Onsuz da bir çox lazımsız, bürokratik sənədləşmə işləri ilə yüklənmiş işçilərin, dərs keçməkdən daha çox jurnal, müxtəlif adda proqramları doldurmaq məcburiyyətində qalan müəllimlərə ahıl vaxtında imtahan həyəcanı yaşadılması hansı məntiqə uyğundur?!
Əgər hansısa dövlət qurumu müxtəlif ali təhsil ocaqlarının məzunlarının savadına, dolayısı ilə digər dövlət orqanının verdiyi diploma, təhsilə şübhə ilə yanaşırsa, o halda təşkil olunan imtahanların obyektivliyinə necə inanaq?
Dövlət qulluğunun hər hansı vəzifəsində işləmiş vətəndaş, əgər işdən azad olunubsa yenidən həmin vəzifəni tutmaq üçün müsahibə mərhələsindən keçməlidir.
Lakin burada bir məsələ də vakansiyaya müraciət edən şəxsin ixtisasının həmin vəzifəyə uyğun olub-olmamasıdır. Bu zaman namizədin önünə o qədər bürokratik “səddlər” qoyulub ki, həmin vəzifəyə “uyğun olan” namizəd ya tapılmır, ya da müsahibədən keçə bilmir. Uzun illər həmin vəzifədə işləmiş namizədin isə ixtisası heç cür “qoyulan tələblər”ə uyğun gəlmir. Dövlət orqanlarının bu ağla sığmayan “məntiq”inə görə vətəndaşın hər hansı vəzifədəki təcrübəsi, savadı deyil, 4 illik diplomu nəzərə alınır.
Belə ki, inzibati vəzifə üzrə dövlət orqanında baş mühasib kimi 15 il stajı olan şəxsdən həmin orqanda, həmin vəzifəyə qeydiyyatdan keçmək üçün mütləq qaydada maliyyə və ya iqtisadi sahədə təhsil tələb olunur. Halbuki, 15 il hər hansı vəzifəni icra etmiş şəxs həmin vəzifə üzrə peşəkar kimi qəbul oluna bilər və olunmalıdır. Digər məqam isə namizədin ixtisasının tələb olunan vəzifəyə uyğunluq məsələsinin belə nəzərə alınmamasıdır. Belə ki,uzun müddət baş mühasib vəzifəsində işləmiş və ixtisasca riyaziyyatçı olan namizədin, ixtisasca tarixçi olan digər namizədlə bərabər tutularaq DİM tərəfindən həmin vəzifəyə uyğun bilinməməsi absurddur.
Bu kimi problemlərlə ARDNŞ İnsan Resursları Departamentində işə qəbul zamanı da rastlaşa bilərik. Belə ki, “tabelçi” vakansiyasına müraciət etmiş “kompüter mühəndisliyi” ixtisası üzrə magistr təhsili olan namizədə ixtisası “uyğun gəlmədiyi” üçün imtina verilir. Halbuki “tabelçi” ixtisası ümumiyyətlə mövcud deyil.
Bu kimi məntiqsiz tələblər işsizliyin yüksək səviyyədə olduğu hazırki dövrdə dövlət orqanlarında yuxarıda adıçəkilən və çəkilməyən bir çox vakansiyaların uzun müddət “boş” qalmasına gətirib çıxarır. Çünki, vəzifə üçün qoyulan tələblər o qədər çoxdur ki, həmin tələbləri “ödəyən” namizəd tapılmır.
Nazilə
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər