
Xəbər lenti
Bu gün, 11:53
Dünən, 18:17
Dünən, 10:05
Dünən, 09:34
23-02-2025, 23:10
23-02-2025, 22:48
23-02-2025, 21:25
23-02-2025, 20:17
23-02-2025, 19:15
23-02-2025, 18:28
23-02-2025, 17:31

Sovet KQB-nin arxivindəki ən gizli sənədlərlə Londona qaçmış kəşfiyyat zabiti Mitroxinin qeydlərində İranın siyasi-dini ideologiya ixracının hələ inqilabın ilk dövrlərində İran-Azərbaycan gərginliyinə səbəb olduğu görünür.
Belə ki, 1979-cu ilin fevralında Cənubi Azərbaycanın Təbriz şəhərindən olan din xadimi Məhəmməd Kazım Şəriətmədari Tehrandakı çıxışında “İran xalqının mübarizəsi bütün dünyada zülmə uğrayan müsəlmanların mübarizəsinə örnək təşkil edir” deməsi Sovet kəşfiyyatı tərəfindən xoş qarşılanmamışdı. Əslən Cənubi Azərbaycan türkü olan Şəriətmədarinin bu sözlər ilə “Şimali Azərbaycanda zülmə uğrayan müsəlmanlara” eyham vurduğu düşünülmüşdü.
1980-ci ildə Azərbaycan SSR KQB-nin rəhbəri Ziya Yusifzadə ictimaiyyət önündə sərhədlərin xarici agentlər tərəfindən pozulmasını və qanunsuz dini fəaliyyətləri qınayır. İki il sonra Azərbaycanın “Kommunist” qəzetində qeyri-qanuni dini fəaliyyətlərdəki artışın birbaşa olaraq İrandakı dini-siyasi hərəkatdan qaynaqlandığı yazılır.
İnqilabın ilk illərində Xomeyni ilə konfliktdə olan Şəriətmədari 1982-ci ildə Xomeyniyə qarşı sui-qəsd ittihamı ilə ev həbsinə məhkum edilmişdi. Mitroxin isə Şəriətmədarinin sıradan çıxarılmasında KQB-nin təbrizli ayətullaha qarşı (79-cu ildəki çıxışına görə) apardığı aktiv fəaliyyətin önəmli rol oynadığı qeyd edir.
"Şərqə Baxış" Analitik Mərkəzi
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər