Xəbər lenti


Ermənistan silahlılarının Azərbaycan ordusunun mövqelərini atəşə tutması və azərbaycanlı hərbçiləri şəhid etməsi cinayətdir.

Trend-in IRIB-ə istinadən məlumatına görə, bunu İranın dini lideri Ayətulla Əli Xameneinin İranın şimal-qərbində yerləşən Ərdəbil vilayətindəki nümayəndəsi Həsən Amili deyib.

H.Amilinin sözlərinə görə, Ermənistan tərəfi yanlış yolu seçib və buna görə də regional və beynəlxalq dairələr onun cinayətini qınayırlar.

Amili əlavə edib ki, İran xalqı və dövləti həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib və bütün regional və beynəlxalq dairələrdə Azərbaycanın işğal olunmuş 20% ərazisi, o cümlədən Dağlıq Qarabağın geri qaytarılmasının vacib olduğunu qeyd edib.

İranın dini liderinin nümayəndəsi şəhidlərə görə Azərbaycan xalqına başsağlığı verib.



Ana səhifəyə qayıt        Baxış: 2 771          Tarix: 16-07-2020, 15:12      


Paylaş:   

Ən çox oxunanlar