Xəbər lenti

Latviyanın Lielvarde aviabazasında İspaniyadan gətirilən NASAMS zenit-raket kompleksinin batareyası yerləşdirilib.

Bu barədə Latviya Milli Silahlı Qüvvələrinin “Twitter” səhifəsində məlumat verilib.

Qurumdan bildirilib ki, bu addım Baltikyanı regionun müdafiə qabiliyyətinin gücləndirilməsi zərurəti ilə əlaqədar atılıb.

Xatırladaq ki, NATO-nun Madriddə iyunun 28-30-da keçiriləcək sammitində alyansın şərq cinahında qoşunların sayının demək olar ki, iki dəfə artırılması barədə qərar qəbul oluna bilər.

Mənbə: UNİAN



Ana səhifəyə qayıt        Baxış: 3 332          Tarix: 27-06-2022, 17:38      

Xəbəri paylaş


Paylaş:   

Prizma