Xəbər lenti

Bu ilin 1 dekabrında Ermənistan Azərbaycana I Qarabağ müharibəsində həlak olmuş 10 nəfərin meyitinin qalıqlarını və daha 4 nəfərin qalıqlarının olduğu bildirilən iki xəritə təhvil verib.

Musavat.com bu barədə erməni mediasına istinadən xəbər verir. Bildirilir ki, 9 noyabr 2020-ci il tarixdən etibarən erməni tərəf Azərbaycana I Qarabağ müharibəsində həlak olmuş 140 nəfərin cəsədinin qalıqlarını və 5 xəritə təhvil verib.

Qeyd edək ki, I Qarabağ müharibəsi zamanı Azərbaycanın 4 minə yaxın vətəndaşı əsir düşüb, girov götürülüb və itkin düşüb. 44 günlük döyüşlərdə itkin düşən 6 döyüşçümüzdən də bu günədək xəbər yoxdur.




Ana səhifəyə qayıt        Baxış: 2 739          Tarix: 5-12-2022, 12:17      

Xəbəri paylaş


Paylaş:   

Prizma