Xəbər lenti

 

Müasir dövrdə kriptovalyuta (elektron ödəniş şəbəkəsi) termini haqda eşitməyən qalmayıb. Maliyyə mütəxəssisləri bitkoin və bu qəbildən olan digər sistemlərin yaxın günlərdə bir köpük kimi partlayıb, investorları quru qəpiksiz qoyacağını bildirirlər. Bəs bitkoin nədir? Bu termin yalnız internet sistemi üçün nəzərdə tutulmuş və internet şəbəkələrdə çalışan mərkəzləşdirilmiş rəqəmsal valyuta sistemidir.

Bu günlərdə "Money Morning" portalı cüzi məbləğdə vəsait sərf edərək, varlanan bitkoin-milyonçuların siyahısını tərtib edib.

Ovqat.com bu şanslı milyonçular haqda yazını təqdim edir.

Bitkoin ödəniş sistemi, eyni zamanda rəqəmsal valyutadır. O valyuta sistemindən azad olduğu üçün, dünyanın istənilən nöqtəsində yaşayan insan tərəfindən istifadə oluna bilər. Şəbəkələrdə bitkoin-pulqabı adlanan internet ünvanları mövcüddur. Bu sistem bütün vəsaitin saxlanmasına və məxfiliyinin qorunmasına zəmanət verir. Bitkoinin yaradıcısı haqda məlumat yoxdur. Mütəxəssislər zənn edir ki, bu Satoşi Nakamito adlı şəxsdir.

İlk bitkoin 2009-cu ilin yanvar ayında yaranıb, onun ənənəvi valyutalara uyğun dəyəri isə, elə həmin ilin oktyabr ayında hesablanıb. O zaman 1 dollar 1 309, 03 bitkoinə bərabər idi. Hazırda isə 1 biktoin 2 363,96 dollara bərabərdir.

Bitkoinlərə dərin maraq 2011-ci ildə "Forbes" jurnalının bu mövzuya həsr etdiyi məqalədən sonra, yaranmağa başladı. Həmin ilin ilk yarısından etibarən 1 bitkoin 29 dollara bərabər hesablanmağa başlandı.

Milyonçu Smit

2008-ci ildə Smit kolleci yeni bitirmişdi, o, nəhəng şirkətlərin birində proqramçı kimi işə başlamışdı. 2010-cu ildə iş yoldaşları Smitə bitkoinlər haqda məlumat verirlər. O dövrdə bitkoinin dəyəri 0,008 dollara bərabər idi və cəmi bir neçə günə 0,08 dollaradək qalxmışdı.

"Qiymətin birdən-birə sürətlə artmağı diqqətimi cəlb etdi. Bu texnologiyanı araşdırmağa başladım. Sonda bitkoinə investisiya qoymaq qərarına gəldim. Kifayət qədər yüksək maaş alırdım. Odur ki, 3 min dollar sərmayə üzərində dayanmalı oldum. Hər ay biktoinin maliyyə bazarında kursu qalxırdı. Mənsə, bu artımı kənardan bir oyun kimi seyr edirdim".

Artıq 2013-cü il idi. Smit yenə əvvəlki iş yerində çalışırdı. Birdən bitkoinlər haqda şirkəti bürüyən xəbər onu heyrətə gətirir: "Təsəvvür edirsiniz, 1 bitkoin 350 dollara bərabər idi. Şəxsi hesabımdan 2000 bitkoin satdım. Bitkoinin dəyəri günbəgün deyil, anbaan qalxırdı. Bir səhər oyandım ki, bitkoinin dənəsi artıq 800 dollara bərabərdir. Bütün hisslərim bir-birinə qarışmışdı. Nə edəcəyimi bilmirdim. Yenidən 2000 bitkoini satışa çıxartdım. Bank hesabımdakı məbləğı görəndə ürəyim köksümə sığmadı. Mənim 2,3 milyon dollar pulum var idi".

Artıq milyonçu olduğunu anlayan Smit, elə həmin gün istefa ərizəsini yazıb, dünya səyahətinə çıxır.

Smit haqda bu ilə olan yeniliklər insanı sözün əsl mənasında təəccübləndirir. Kriptovalyuta investorunun şəxsi hesabında 25 milyon dollar məbləğındə pul var.

Bu gün, digər yatırımçılar kimi, Smit də təşviş içindədir. O, çox gözəl dərk edir ki, bir gün bu sistem çökəcək və virtual hesabındakı minlərlə biTkoin heçə çevriləcək.

"İndi bir bitkoinin dəyərli 150 min dollara bərabərdir. Düşünürəm ki, dünya valyuta büdcəsi bu yükə tab gətirməyəcək və o gün heç də uzaq deyil".
Smitin varlandığı gündən artıq 4 il ötür. Onun həyatı səyahətlərdə, bahalı otellərdə keçir. "O bütün gün bitkoinlər haqda danışır, hər an bu zəhlətökən mövzunu düşünür"- deyə Smitin gənc xanımı etiraf edir.

Virtual dünyanın real əməkdaşları

Riyaziyyatçıların hesablamalarına görə, bu gün kripto-milyonçu olmaq üçün virtual hesabda 400 bitkoin olmalıdır. Statistik araşdırmalara görə, dünyada bu virtual sərvətə sahib olan 4300 insan var. Onların bəzilərinin adı bütün maliyyə aləmində tanınır.

Kemeron və Tayler Uinklvoss

Bitkoin sayı: 1,5 milyon
Dəyəri: 3,55 milyard dollar

Bu əkiz qardaşlar Mark Zükerberqi "Feysbuk" sosial şəbəkəsinin məzmun oğurluğunda günahlandırmaqla məşhurlaşıblar. Mark məhkəmənin qərarı ilə qardaşlara kifayət qədər böyük məbləğdə pul ödəməli olur. Qızlar bu məbləğin bir hissəsini bitkoin almağa sərf edirlər. 65 milyon dollara aldıqları bitkoinlərin ümumi dəyəri 3,55 milyard dollaradək artıb.

Satoşi Nakamito

Virtual hesabındakı bitkoin sayı: 1 milyon
Dəyəri: 2,36 milyard dollar

Bitkoin sisteminin əsrarəngiz yaradıcısı, öz hesabındakı bitkoinlərə toxunmur, onları satıb, digər valyutaya çevirmir. Bu insanın tək və ya komanda halında işlədiyi də sual altındadır.

Rocer Ver

Virtual hesabındakı bitkoin sayı: 300 min
Dəyəri: 709,2 milyon dollar
Rocer kriptovalyutanın ilk yatırımçılarındandır. Virtual milyonçu birinin dəyəri 10 dollar olanda, küllü miqdarda bitkoin alıb, bugün isə öz sərvətini artırır. Bu gün o bitkoin.com saytının rəhbəridir.

Çarli Şrem

Virtual hesabındakı bitkoinlərin sayı: 100 min
Dəyəri 263 milyon dollar
Çarlinin 2011-ci ildə qurduğu Bitinstant şirkəti dünyanın 700 məntəqəsində bitkoinlərin satışı ilə məşğul idi. Şirkətin müştərilərindən biri bitkoinlərlə internetdən narkotik aldığı üçün, Bitinstant bağlanır. Çarlı isə 2 il müddətinə azadlıqdan məhrum edilir. Bu gün Çarli yenə öz virtual biznesini inkişaf etdirir.

Vardan yoxa cəmi 1 addım

Bitkoinlərin yaranma tarixinə nəzər salanda görürük ki, bu virtual valyutanın dəyəri çox aşağı olub. Məsələn, 2010-cu ildə Laslo adlı bir amerikalı 10 min bitkoin xərcləyərək, internetdən 2 ədəd pizza sifarış vermişdi. Həmin vaxt Laslo nə bilərdi ki, onun pizzaları böyük bir sərvətə çevrilə bilərdi.

Bitkoinlərin məxfi sisteminə giriş itsə, bu virtual valyutanın izi tozu silinəcək. Bu proses isə hər an baş verə bilər. 2013-cü ildə, BBC xəbər agenliyi, məxfi kodu qeyd olunmuş diski itirən ingiltərəli virtual milyonçunun acı taleyindən yazmışdı. O, hər gün evinin kənarındakı zibilliyə gəlir və ağlayaraq öz diskini axtarırdı. Çünki bu disk 7,5 milyon dollarlıq sərvətin qapısının tək açarı idi. (publika.az)




Ana səhifəyə qayıt        Baxış: 1 104          Tarix: 19-07-2017, 22:49      

Xəbəri paylaş


Paylaş:   

Prizma