Xəbər lenti

Dünən günorta saatlarında İraqın şimalında yerləşən Süleymaniyyə şəhərində konvoyu PUA ilə vurulub.

Musavat.com xəbər verir ki, əməliyyat zamanı terror təşkilatının rəhbərlərindən biri şans əsəri sağ qalıb.

Mövzu ilə bağlı ABŞ-dan da qalmaqallı açıqlama gəlib.

Suriyada başlayan vətəndaş müharibəsi 13 ildir ki, davam edir. Aradan keçən 13 ilin böyük bir hissəsində ABŞ hələ də PKK terror təşkilatının bölgədəki Suriya qolu ilə əməkdaşlıq edir. Martın əvvəlində ABŞ Baş Qərargah rəisi Mark Milley Suriyanın şimalına gedib və terrorçularla görüşmüşdü. Sürpriz səfər Amerikanın regionda mövcud olduğu səkkiz illik ən yüksək səviyyəli səfər kimi qeydə alınmışdı.

Səfərdən bir neçə gün sonra ikinci qalmaqal yaşanıb.

Ötən həftə ABŞ-ın YPG/PKK terrorçularına vertolyotlar verməsi bir “qəza” nəticəsində ortaya çıxıb. Qəzadan sonra helikopterdə kimin olduğu bəlli olmasa da, yerli hakimiyyət orqanları birinin "AS350" tipli "Eurocopter" olduğu bilinən helikopterdəkilərin hamısının PKK üzvü olduğunu açıqlayıb. Mövzu ilə bağlı açıqlama verən Türkiyənin milli müdafiə naziri Hulusi Akar, "PKK/YPG tərəfdarları terrorçulara vertolyotlar verib, onlar yenə cinayət başında yaxalandı", -deyə açıqlama vermişdi. 

ABŞ Müdafiə Nazirliyi isə Duhok kəndinə düşən helikopterlərin onlara məxsus olmadığını iddia edib. 

SDG terror təşkilatı da hadisəni təkzib etsə də, bir neçə saat sonra ABŞ-dan hadisələri təsdiqləyən açıqlama gəlib.ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) sözçüsü Co Buccino Wall Street Journal-a verdiyi müsahibədə hücumu təsdiqləyib və konvoyda üç ABŞ hərbçisinin olduğunu bildirib. 




Ana səhifəyə qayıt        Baxış: 3 435          Tarix: 9-04-2023, 17:31      

Xəbəri paylaş


Paylaş:   

Prizma