Xəbər lenti

Saxlanılmış ruhani Əli Behiştinin ittihamı məlum oldu 

Lent.az-ın əldə etdiyi məlumata görə, artıq ona ittiham elan olunub və barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. 

Əli Behişti Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət, yəni Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və ya müdafiə qabiliyyəti zərərinə olaraq Azərbaycan Respublikasının vətəndaşı tərəfindən qəsdən törədilən əməl: düşmən tərəfinə keçmə, casusluq, dövlət sirrini xarici dövlətə vermə, Azərbaycan Respublikasına qarşı düşmənçilik fəaliyyəti aparmaqda xarici dövlətə, təşkilata və ya onların nümayəndələrinə kömək etmə) maddəsi ilə ittiham olunur. 




Ana səhifəyə qayıt        Baxış: 2 600          Tarix: 11-04-2023, 11:53      

Xəbəri paylaş


Paylaş:   

Prizma