Xəbər lenti

Xəbər verdiyimiz kimi, Rusiyanın Bryansk vilayətində 2 təyyarə (“Su-34” bombardmançısı və bir “Su-35” qırıcısı) və 2 helikopter (Mi-8) vurulub. Təyyarələr Starodub bölgəsində (Ukrayna ilə sərhəddən təxminən 25 km aralıqda), helikopterlər Klintsovski rayonunda (sərhəddən 30-40 km uzaqlıqda) qəzaya uğrayıb. “Kommersant” qəzetinin yazdığına görə, onlar eyni hava qrupunun tərkibində olublar və Çerniqov vilayətinə zərbə endirməli idilər.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, baş verənlər müxtəlif hərbi ekspertlər tərəfindən Rusiya hərbi sənayesinin imkanlarının yenidən gözdən keçirməsinə gətirib çıxarıb.

Ukrayna Silahlı Qüvvələrinin ehtiyatda olan polkovniki, Roman Svitan Rusiya təyyarələri və helikopterlərinin, çox güman ki, ABŞ-ın “AIM-120 AMRAAM” raketləri ilə vurulduğunu söyləyib. Onun sözlərinə görə, həmin sistem bu yaxınlarda Ukrayna qırıcılarına quraşdırılıb.

“Ukrayna bu tip raketləri keçən il NASAMS hava hücumundan müdafiə sistemləri üçün adi sursat kimi alıb. Lakin onların sayı azdır və onlar mühüm obyektləri əhatə etmək üçün lazımdır. Heç kim onları Rusiya sərhəddinə yaxın ərazilərə gətirə bilməz. Çünki həm vurulma riski var, həm də Qərb bu silahdan Rusiya ərazisinin vurulmasını istəmir. Amma təyyarə başqa məsələdir, o, düşmənin reaksiyasını gözləmədən istədiyi nöqtəyə sürətlə yaxınlaşa, raket buraxa və ərazini tərk edə bilər. Əvvəllər sovet qırıcılarında ABŞ raketlərinin quraşdırılması ilə bağlı problemlər var idi, lakin onlar həll edildi”,-deyə o, bildirib.

Amerikalı mütəxəssislərin sovet qırıcılarına Qərb raket sistemlərini quraşdırılması imkanlarını öyrənməsi faktı hələ bu ilin mart ayında “Politico” saytı tərəfindən xəbər edilmişdi.

“AIM-120 AMRAAM” raketlərinin maksimum buraxılış məsafəsi modifikasiyadan asılı olaraq 50 -180 km arasında ola bilər. Raketlərin hansı versiyasının Ukraynaya təhvil verildiyi barədə məlumat verilmir.




Ana səhifəyə qayıt        Baxış: 3 157          Tarix: 14-05-2023, 14:49      

Xəbəri paylaş


Paylaş:   

Prizma