Xəbər lenti

Milli Məclis Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu bəndinə əsasən, Mülki Məcəlləyə dəyişiklikləri ikinci oxunuşda təsdiqləyib.

Musavat.com xəbər verir ki, Məcəlləyə dəyişikliklər hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşmüş hərbi qulluqçu və ya digər şəxsin ölmüş elan edilməsinə dair yeni proseduru özündə əks etdirir.

Sənədə əsasən, hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşmüş hərbi qulluqçu və ya digər şəxs hərbi əməliyyatların qurtardığı gündən azı 2 il keçdikdən sonra məhkəmə qaydasında ölmüş elan edilə bilər. Təklif olunan dəyişiklik məhkəməyə şəxsin hərbi əməliyyatlarda həlak olduğunu güman etməyə əsas verən halları nəzərə alaraq, onu bu müddət bitməzdən əvvəl, lakin hərbi əməliyyatların qurtardığı gündən 6 aydan tez olmayaraq ölmüş elan etməsinə səlahiyyət verir.

Qanun layihəsi ikinci oxunuşdan sonra səsverməyə çıxarılaraq qəbul edilib.




Ana səhifəyə qayıt        Baxış: 3 067          Tarix: 6-06-2023, 18:31      

Xəbəri paylaş


Paylaş:   

Prizma