Xəbər lenti

“Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın ABŞ-a tələsik səfəri Qarabağda (qondarma) “müdafiə ordusu”nun təcili şəkildə ləğv edilməsi ilə bağlı idi. Bu, Azərbaycanın əsas tələbidir”.

Bu barədə erməni ekspert Artur Tovmasyan deyib.

Onun sözlərinə görə, bu haqda ona məlumatlı mənbələr informasiya ötürüb.

“Qərbin təzyiqi ilə İrəvan Araik Arutyunyanı “müdafiə ordusu”nu tərk-silah etməyə inandıracaq. Bunun qarşılığında “artsax rəhbərliyinə” təhlükəsizlik zəmanətləri veriləcək. Bu məsələnin həyata keçirilməsi üçün ABŞ-da konkret addımlar müzakirə olunur”, - o bildirib.

Qeyd edək ki, xarici işlər nazirlərinin Vaşinqtonda keçirilən danışıqlarından sonra Armen Qriqoryan ABŞ-a gedib və Baydenin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanla görüşüb.//Publika.az




Ana səhifəyə qayıt        Baxış: 3 418          Tarix: 6-07-2023, 15:49      

Xəbəri paylaş


Paylaş:   

Prizma