Xəbər lenti

ADR Partiyasının lideri, tanınmış iqtisadçı alim Qubad İbadoğlunun həbsi cəmiyyətdə birmənalı qarşılanmayıb.

Gununsesi.info-nun xəbərinə görə, ölkənin vətəndaş cəmiyyəti qurumları, ziyalılar, partiya liderləri iqtisadçı alimin həbsinə mənfi reaksiya verib.. 

Gununsesi.info-nun əməkdaşı Qubad İbadoğlunun deputat qardaşı Vüqar Bayramovun onun həbsinə münasibətini öyrənməyə çalışıb.

Ancaq Vüqar Bayramov onun telefonuna yazılan WatsApp mesajlarını oxusa da heç bir reaksiya verməyib.

Əməkdaşımızın davamlı zəngləri də Vüqar Bayramov tərəfindən cavablandırmayıb.

Onun köməkçisi isə Qubad İbadoğlunun həbsindən xəbərsiz olduqlarını iddia edib.

Qeyd edək ki, Vüqar Bayramov digər qardaşlarından fərqli olaraq, hökumətin müdafiəçisi kimi tanınır. Görünür, buna görə də  qardaşının həbsini pisləmək istəmir.

Afət Abbasova




Ana səhifəyə qayıt        Baxış: 4 377          Tarix: 24-07-2023, 12:17      

Xəbəri paylaş


Paylaş:   

Prizma