Xəbər lenti

Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilər separatçı “hakimiyyət”ə hiddətləniblər.

Axar.az xəbər verir ki, bu barədə "Kalibr.az” məlumat yayıb.

Məlumata görə, erməni qadın Arutyunyanın xuntasının qoyduğu qiymətlərdən narazı olduğunu bildirib:

“İrəvanda 1 kq yaxşı ərik 350 drama (1,54manat) satılır. Mən bu sualı vermək istəyirəm: niyə Qarabağda 1 kq ərik “rəsmi” olaraq 900 dram (3,96 manat) müəyyən edilib, amma əhaliyə 3000-ə (13,19 manat) satılır? Araik Arutyunyan, mənə cavab ver, kəndlilərdən əriyi neçəyə alırsan? Etibarlı mənbələrə görə, siz ərikləri topdansatış şəklində 200-250 (0,52-0,65 dollar) drama alırsınız. Niyə aldadırsan bizi?

Qeyd edək ki, bu görüntülər Qarabağdakı separatçı-terrorçu dəstəsinin süni şəkildə “humanitar böhran” və “aclıq” təbliğatı apardığını bir daha təsdiqləyir.




Ana səhifəyə qayıt        Baxış: 4 018          Tarix: 27-07-2023, 13:11      

Xəbəri paylaş


Paylaş:   

Prizma