Xəbər lenti

Rusiya Ukraynaya qarşı apardığı işğal müharibəsi zamanı hava-desant qoşunlarının ən azı yarısını itirib. Hesablamalara görə bu da 15.000-ə bərabərdir.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Departamentinin Kəşfiyyat departamenti məlumat yayıb.

Qeyd edək ki, Rusiyanın hava-desant qüvvələrindəki itkilərin sayının açıqlanması ehtiyatsızlıq üzündən baş verib.

Söhbət Rusiya Hava Desant Qoşunlarının baş komandanı, general-polkovnik Mixail Teplinskinin desantçılar günündə yayımladığı mesaj zamanı 8,5 min paraşütçünün yaralandığını etiraf etməsindən gedir.

"Video tez bir zamanda Rusiya Müdafiə Nazirliyinin rəsmi kanallarından silinib. O, neçə hərbçinin öldürüldüyü və ya vəzifə yerinə qayıtmadığı barədə əlavə şərh verməyib", - kəşfiyyat hesabatında bildirilir.

Bununla belə, departament Teplinskinin rəqəmlərini ekstrapolyasiya edərək, 2022-ci ildə Ukraynada olan 30 min paraşütçünün ən azı 50 faizinin öldürüldüyü və ya yaralandığı qənaətinə gəlib.




Ana səhifəyə qayıt        Baxış: 3 559          Tarix: 6-08-2023, 16:42      

Xəbəri paylaş


Paylaş:   

Prizma