İsraildə “HƏMAS”ın hədəfinə çevrilən "Süpernova" festivalı ərazisində 250-dən artıq meyit aşkarlanıb.
BAKU.WS xəbər verir ki, İsrail mətbuatında yer alan xəbərlərə əsasən, “HƏMAS” üzvləri paramotrlarla əraziyə daxil olaraq festival iştirakçılarına dayanmadan atəş açıblar.
İştirakçılar canlarının qurtarmaq üçün yaxınlqdakı meyvə bağılarına sığınaraq orada İsrail ordusunu gələməli olublar.
“HƏMAS”ın xarici vətəndaşlarla yanaşı 100-dən çox insanı əsir götürdüyü bildirilir.
Xatırladaq ki, oktyabrın 7-də Fələstinin radikal “HƏMAS” qruplaşması "Əqsa Tufanı əməliyyatı" adı altında İsrailə hücum edib.
Genişmiqyaslı hərbi əməliyyatlar zamanı İsrailin şəhərləri bombalanıb. Bu zaman Qəzza yaxınlığında keçirilən festivalda da “HƏMAS”ın hədəfinə çevrilib.
Hücum başlayandan bəri 1000-ə yaxın HƏMAS yaraqlısı İsrailin 20 şəhəri və 11 ordu düşərgəsinə sızıb. Son məlumatlarda ölən israillilərin sayının 1100-ə çatdığı, 2000-dən çox yaralının olduğu bildirilib.
Paylaş: