Fələstinin HƏMAS hərəkatı əcnəbi vətəndaşların Qəzza zolağından Misirlə sərhəddəki “Rəfah” keçid məntəqəsindən çıxışını təmin etmək üçün bir neçə tələb irəli sürüb.
Musavat.com xəbər verir ki, bu barədə Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan CNN telekanalında bildirib.
Onun sözlərinə görə, HƏMAS-ın əlində olan girovların azad edilməsi ilə bağlı danışıqlar davam edir:
"Misir Amerika və digər xarici vətəndaşların “Rəfah” keçid məntəqəsindən çıxmasına icazə verməyə hazırdır və İsrail də buna qarşı deyil. HƏMAS onların getməsinə mane olur və bir sıra tələblər irəli sürür", - deyə ABŞ prezidentinin köməkçisi bildirib.
O, bu tələbləri səsləndirə bilməyəcəyini və bunun davam edən danışıqlar mövzusu olduğunu izah edib.
Qeyd olunub ki, ən azı 400 ABŞ vətəndaşı Qəzza zolağından çıxa bilmədikləri üçün Dövlət Departamentinə müraciət edib.
Paylaş: