İsrailin Qəzza zolağında HƏMAS-a qarşı hərbi əməliyyatları 2024-cü ilin sonuna qədər tamamlanarsa, ən optimist hesablamalara görə, 200 milyard şekelə (təxminən 51 milyard dollara) başa gələcək.
Bu barədə İsrailin “Calcalist” iqtisadi qəzeti ölkənin Maliyyə Nazirliyinin ilkin məlumatlarına istinadən xəbər yayıb.
Qəzetin yazdığına görə, Livanın “Hizbullah” hərəkatının, İranın və ya Yəmənin tam iştirakı olmadan hərbi əməliyyatların daha 8-12 ay davam etməsi və Qəzza zolağı ilə məhdudlaşması şərti ilə bu cür xərclər İsrailin il ərzindəki ÜDM-nin təxminən 10%-ni təşkil edəcək.
Maliyyə Nazirliyi bu qiymətləndirməni nikbin kimi xarakterizə edir.
“Calcalist” xatırladır ki, İsraildə pandemiya ilə bağlı hökumət xərcləri təxminən 160 milyard şekel (40,7 milyard dollar) təşkil edib.
oxu.az
Paylaş: