Azərbaycanın CBC telekanalının çəkiliş qrupu İrəvan şəhərində olub və şəhərin Azərbaycan xalqına məxsus maddi-mədəni irsini lentə ala bilib.
Bunu təsdiq edən videosüjetdə qeyd olunur ki, telekanalın çəkiliş heyəti Pənah Xan Makinskinin oğlu Əlixanın evini, əvvəllər Sərdar məscidinin yerləşdiyi ərazini, İrəvandakı Göy məscidin son vəziyyətini çəkib, həmçinin Əmir Səədin məqbərəsinin yerləşdiyi Cəfərabad (indiki adı - Ərgəvənd) kəndində olub.
Aparılan çəkiliş nəticəsində məlum olub ki, Ermənistanda Azərbaycan xalqının mədəni irsinə aid obyektlər, əsasən, dağıdılıb, az sayda salamat qalanlar isə fars və türkmən abidələri kimi təqdim olunur.
CBC telekanalının çəkiliş heyəti İrəvan sakinlərinin bəzisini danışdıra da bilib. Lakin onlar şəhərin köklü xalqı haqqında məlumatları gizlətməyə çalışıblar.
Sənədli filmin efirdə təqdimatından sonra Ermənistanın hökumət qurumları azərbaycanlı çəkiliş qrupunun İrəvana hansı formada səfər etdiyini araşdırmağa başlayıblar.
Müxtəlif bəyanatlar səsləndirilib, günahkar ovuna başlanılıb.
Paylaş: