Xəbər lenti
Dünən, 19:25

ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer son müsahibəsində bildirmişdi ki, müstəqil Fələstin dövləti yaradılmamalıdır, çünki bu, İsrailə bir daha hücum edilməyəcəyinə zəmanət vermir.

Axar.az xəbər verir ki, bu barədə “Politiko” nəşri məlumat yayıb.

“Ərəb dünyası ilə İsrail arasında danışıqlara üstünlük verirəm, çünki İsraillə fələstinlilər arasında birbaşa danışıqları elə də səmərəli görmürəm. Bir tərəfin İsraili devirməkdə qərarlı olduğu iki dövlətli həll yoluna getməkdənsə, İordaniyanın qərb sahilini İordaniyanın nəzarəti altına verməyin lazım olduğuna inanıram”, - nəşr Kissincerin açıqlamasını təqdim edib.

Qeyd edək ki, ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer noyabrın 30-da 100 yaşında vəfat edib.




Ana səhifəyə qayıt        Baxış: 4 093          Tarix: 3-12-2023, 15:51      

Xəbəri paylaş


Paylaş:   

Prizma