Xəbər lenti
Bu gün, 12:41
Bu gün, 11:56
Bu gün, 09:42
Dünən, 23:30
Dünən, 20:30
Dünən, 19:40
Dünən, 17:54
Dünən, 14:34
Dünən, 13:37
23-11-2024, 23:16
23-11-2024, 21:43
23-11-2024, 20:29
23-11-2024, 19:31
23-11-2024, 16:10
Rusiyanın məğlubiyyətinə aparan yolun əsas hissəsi qət edildikdən sonra Qərbin ağır toplarının səsləndirdiyi bu tip yanaşmalar nəyə xidmət edir?..
Siyasi-şərhçi: “Henri Kissincerin Azərbaycan auditoriyasına dünyanın ən tanınmış strateqləridən biri kimi təqdim edilməsinə baxmayaraq ABŞ-da onun şəxsiyyətinə, fəaliyyətinə münasibət olduqca ziddiyyətlidir”.
“Düşünmürəm ki, Rusiyaynan Kissincerin təklif etdiyi şəkildə anlaşma kiminsə marağındadır. Rusiyanın zəiflədilməsi, onun super güc olaraq sıradan çıxarılması davam etdiriləcək”.
Bu sözləri siyasi-şərhçi Ərəstun Oruclu Amerika diplomatiyasının veteranı Henri Kissincerin Dovos İqtisadi Forumunda Rusiyapərəst çıxışını PİA.az-a şərh edərkən qeyd edib.
Bu günlərdə Amerika diplomatiyasının veteranı və dünyanın ən tanınmış strateqləridən biri hesab olunan Henri Kissincer Dovos İqtisadi Forumunda çıxış edərkən bildirib ki, Ukrayna öz torpaqlarını Rusiyaya güzəştə getməlidir və Kiyev buna məcbur edilməlidir. Əks təqdirdə Avropa uzun illər boyu böyük fəakətlə üz-üzə qala bilər. Kissencer vurğulayıb ki, Rusiyanın şərtlərinin qəbul edilməsi üçün danışıqlar iki ay müddətində başlamalıdır. Əks təqdirdə artan gərginliyi ortadan qaldırmaq çox çətin olacaq.
Qeyd edək ki, Henri Kissincer Putinə yaxınlığı ilə tanınsa da, onun bu bəyanatı Çoxları üçün gözlənilməz olub. Çünki “soyuq müharibə” illərində SSRİ-nin iflasının memarlarından biri kimi tanınan Henri Kissincerin belə bir bəyanatla çıxış etməsi hər şeydən əvvəl Qərbin təhriki ilə Rusiya ilə müharibəyə sürüklənən və bu müharibədə bütün anlamlarda çox böyük itlilər verən Ukraynaya qarşı xəyanətdən başqa bir şey deyil.
Kissincer kimi bir təcrübəli siyasətçinin bu fikirlərini necə dəyərləndirmək olar? Rusiyanın zəiflədilməsinə və hətta məğlubiyyətinə aparan yolun əsas hissəsi qət edildikdən sonra bu tip yanaşmalar nəyə xidmət edir, məqsəd nə ola bilər?
Mövzunu PİA.az-ın əməkdaşı siyasi-şərhçi Ərəstun Oruclu ilə müzakirə edib.
Ərəstun Oruclu: “Kissincerin bu bəyanatının hansısa bir proqram sənədi olduğunu, yaxud da hansısa bir konkret yol xəritəsi olduğunu düşünmürəm. Ümumiyyətlə isə Kissincerin son illər Kremllə çox yaxın məsafədə olduğu da heç kimə sirr deyil. Onun Putinlə də isti münasibətləri var”.
Kissencerin mövqeyini hansısa bir dövlətin, konkret olaraq ABŞ Administrasiyasının mövqeyi olmadığını vurğulayan ekspert PİA.az-a bildirib ki, ən pis halda bu, Rusiyaya qarşı daha loyal davranan bir qrupun mövqeyi ola bilər:
“Əvvəla onu deyim ki, Henri Kissincerin Azərbaycan auditoriyasına dünyanın ən tanınmış strateqləridən biri kimi təqdim edilməsinə baxmayaraq, ABŞ-da onun şəxsiyyətinə, fəaliyyətinə münasibət olduqca ziddiyyətlidir. Kissinceri böyük siyasətçi sayanlarla yanaşı amerika siyasi kəsimində elə bir hissə var ki, onu hərbi cinayətkar və iyrənc bir siyasətçi kimi təqdim edirlər.
Hər bir halda Henri Kissincer 98 yaşında gedib Davosa çıxıbsa, demək onun çıxışında hansısa bir qrup, hansısa bir tərəf maraqlı olub. Onlar məhz Kissincerin bu bəyanatı verməsində maraqlı olub və hesab edirəm ki, burda Kremlin də rolu danılmazıdır.
Düşünürəm ki, bu bəyanatın ortaya gəlməsində Kissincerin Putinlə olan isti münasibəti də rol oynayıb. Bildiyimiz kimi onların münasibəti davamlı olub və hətta bir çox məsələlərdə Kissincer Putinin məsləhətçisi rolunda da çıxış etməsi ilə bağlı iddialarda var. Putin və Kissincer ildə ən azı bir dəfə görüşüblər, danışıblar, geosiyasəti müzakirə ediblər. Bir daha qey edim ki, bəlkə də, Kissincer Putinin məsləhətçisi olub. Bunu dəqiq deyə bilmərəm. Amma ABŞ siyasətində istefada olan siyasətçilərin böyük əksəriyyəti lobbiçiliklə məşğuldur. Məsələn vaxtı ilə Kissincer Azərbaycan hökumətinə də lobbiçilik edib.
Buna görə də bu adamların mövqeyini hansısa bir dövlətin, konkret olaraq ABŞ Administrasiyasının mövqeyi kimi qəbul etmək doğru deyil. Ən pis halda bu, Rusiyaya qarşı daha loyal davranan ABŞ-dakı bir qrupun mövqeyi ola bilər. İkinci bir tərəfdən Qərb mediasında da son günlər belə fikirlər səslənməkdədir ki, Rusiya Ukraynanın limanlarını blokadaya almaqla dünyada aclıq problemi yaradır. Bu səslər artıq deyir ki, Rusiya ilə sülhə getmək lazımdır. Amma bu qədər təpkidən, təzyiqdən sonra, düşünmürəm ki, Rusiyanı vəziyyətdən qalib kimi çıxarmaq, indiki halda ABŞ Administrasiyasının marağındadır.
Ərəstun Oruclu: “Bu həm də enerji şirkətlərinin apardığı mübarizədir. Daha doğrusu Qərb şirkətləri müharibədən istifadə edib, öz mövqelərini gücləndirməyə çalışırlar”.
Dövlət Departamentinin Henri Kissincerin bəyanatına verdiyi cavab kifayət qədər aydın idi. Departament bildirid ki, onlar öz xətlərini davam etdirirlər. Ukraynaya vəsait ayırmaları davam etdirəcəklər. Bildirdilər ki, Rusiya Ukrayna danışıqları yalnız o zaman baş tutar ki, Rusiya məğlub olsun.
Amma mən hesab edirəm ki, Rusiyanı “məğlub etmək” tezisi bir qədər maksimalist yanaşmadır. Ancaq hər bir halda Rusiya hədəflərinə çatmamalıdır. Düşünmürəm ki, Rusiyaynan Kissincerin təklif etdiyi şəkildə anlaşma kiminsə marağındadır. Rusiyanın zəiflədilməsi, onun super güc olaraq sıradan çıxarılması davam etdiriləcək. Rusiyanın iki böyük şirkətindən biri olan “Rosneft” artıq gücünün üçdə ikisini itirib. Digər tərəfdən Avropa Birliyi Rusiya enerji daşıyıcılarına embarqo qoyandan sonra “Qazprom”un da vəziyyəti ağırlaşacaq. “Qazprom” Şərq bazarlarında özünə müştəri axtarmağa başlayacaq.
Bu həm də transmilli enerji şirkətlərinin apardığı mübarizədir. Daha doğrusu Qərb şirkətləri müharibədən istifadə edib, öz mövqelərini gücləndirməyə çalışırlar. Bütün bunlara görə də Kissincerin bəyanatının hansısa bir proqram sənədi olduğunu, yaxud da hansısa bir konkret yol xəritəsi olduğunu düşünmürəm. Bir daha qeyd edim ki, bu açıqlama kiminsə şəxsi marağında ola bilər.
Ərəstun Oruclu: “Əslində Kissinceri bu qədər böyütməyə də ehtiyac yoxdur. Bu gün o adi bir lobbiçidir. Düşünmürəm ki, onun fikirləri ABŞ siyasətinin reallıqlarını əks etdirir”.
Düşünürəm ki, Ukraynaya yardım davam edəcək və Rusiya məğlubiyyətə aparılacaq. Ukraynaya gəmilərə qarşı raketlərin verilməsi gündəmdədir. Bildiyim qədər NATO-nun Avropalı üzvləri bunu istənilən yolla sabotaj etməyə çalışırlar. Əlbəttə, ölkələrin hamısı yox. ABŞ isə bu məsələdə birmənalı olaraq israrlıdır. Belə olmasaydı “lend-liz qanunu” qəbul edilməzdi və Ukraynaya bu qədər yardım olunmazdı. Burada hansısa bir Kissincerin yox, NATO-nun mövqeyi maraqlıdır.
Əslində Kissinceri bu qədər böyütməyə də ehtiyac yoxdur. Bu gün o adi bir lobbiçidir. Düşünmürəm ki, onun fikirləri ABŞ siyasətinin reallıqlarını əks etdirir”.
Nərminə UMUDLU
pia.az
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar