Unutmayaq ki, qazın qiyməti siyasidir. Bu, mübadilə məhsulu deyil, regional məhsul olduğundan, qiymət bölgədən asılı olaraq dəyişir. Rusiya qazının qiymətinə müəyyən siyasi komponent də daxildir.
Axar.az xəbər verir ki, bunu enerji təhlükəsizliyi üzrə erməni ekspert Armen Manvelyan deyib.
“Hazırda İrəvan üçün qazın qiyməti min kubmetr üçün 175 dollardır. Ermənistan-Rusiya münasibətlərini nəzərə alsaq, bu, aydın siyasi qiymətdir. İrəvanın aşkar antirusiya siyasəti nəticəsində yanvarın 1-dən qazın qiymətinin qalxa biləcəyi ilə bağlı ehtimallar var idi. Ermənistandakı mövcud rejim bir çox cəhətdən ruslar üçün faydalıdır və Ukrayna Rusiyanın əsas problemi olaraq qaldığı müddətdə onlar heç bir kəskin addım atmayacaqlar.
Rusların 2024-cü il yanvarın 1-dən Ermənistan üçün qazın qiymətini artırmamaq qərarı bir daha göstərir ki, onların başqa prioritetləri var.
Sərkisyanın Ermənistan prezidenti olduğu dövrdə İrəvanın AB ilə yaxşı münasibət qurmaq istəyinə cavab olaraq ruslar həm qazın, həm də uranın qiymətini dəfələrlə qaldırmışdılar. Bu müddət ərzində Rusiya tərəfi mütəmadi olaraq “Lars” keçid məntəqəsini bağlayıb, Ermənistanın kənd təsərrüfatı məhsullarının Rusiyaya idxalını qadağan edib və qazın qiymətini qaldırıb. Ermənistan Aİİ-yə daxil olanda qazın qiyməti aşağı düşüb”, - o bildirib.
Paylaş: