Xəbər lenti

Aktyor Corc Kluni və onun həyat yoldaşı Amaliya bazar ertəsi Livanda yaşayan üç min suriyalı qaçqın uşaq üçün yeddi məktəbin inkişafına 2,25 milyon həcmində vəsait ayırmaq niyyətində olduqlarını bəyan ediblər.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Kluni ailəsi fondunun rəsmi saytı məlumat yayıb.

"Biz yalnız münasib olmayan vaxtda və yerdə doğulduqlarına görə, bütöv bir nəsli itirməyi özümüzə rəva görə bilmərik. Minlərlə gənc suriyalı heç vaxt cəmiyyətimizin tam hissəsi ola bilməmək riski ilə üz-üzədir. Məktəb təhsili onlara öz həyatlarını dəyişmək üçün kömək edəcək", - deyə Kluni bildirib.

 




Ana səhifəyə qayıt        Baxış: 827          Tarix: 1-08-2017, 13:25      

Xəbəri paylaş


Paylaş:   

Prizma