Xəbər lenti

Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Bakıya işgüzar səfəri çərçivəsində Azərbaycan Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi Ramil Usubov ilə görüşüb.

Axar.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.

“Məsələlərin geniş spektri, o cümlədən, Cənubi Qafqazda təhlükəsizlik, 10-cu redaksiyasının İrəvana göndərildiyi Ermənistanla sülh sazişinin imzalanması, Qərbin bu prosesə aktiv müdaxilə cəhdləri müzakirə olunub”, - Şoyqu qeyd edib.

Şoyqu bildirib ki, işgüzar səfər çərçivəsində nəqliyyat layihələri, xüsusilə, “Şimal-Cənub” dəhlizi müzakirə olunub.




Ana səhifəyə qayıt        Baxış: 2 780          Tarix: 6-08-2024, 19:00      

Xəbəri paylaş


Paylaş:   

Prizma