Xəbər lenti

  

Goranboyun  Ağcakənd qəsəbəsi ərazisində istirahət məkanları çoxdur.
Ovqat.com APA TV-yə istinadən xəbər verir ki, yayda burada avtomobil hərəkətinin intensivliyi kəskin artdığından yol polisi sürücülərin  hərəkət qaydalarına riayət etməsi məsələsini nəzarətdə saxlamaq məqsədilə mütəmadi reydlər keçirir.  Əsasən Xocalıdan olan məcburi köçkünlərin yaşadığı bu ərazidə reydlər də Xocalı rayonunun yol polisi əməkdaşları tərəfindən keçirilir.
Çox təəssüf ki,  bu dəfə də  həmişə olduğu kimi özlərinin, yaxınlarının və digər  vətəndaşların həyatına biganəlik göstərərək, yollarda hərəkət qaydalarına riayət etməyən, sənədsiz, başqasının avtomobilini, yaxud da texniki baxış müddəti ötmüş maşın idarə edənlərə rast gəlinib.
Təəssüf ki, çox zaman olduğu kimi, bu dəfə də necə deyərlər, "reydlərin yaraşığı" olan sərxoş sürücülər də aşkarlanıb.
Ağcakənd qəsəbəsi ərazisindəki dağ yolundakı son reyd zamanı 5 nəfər sərxoş sürücü aşkarlanıb, həmçinin ümumən idarəetmə və hərəkət qaydalarını pozan 16 nəfər barəsində  müxtəlif protokollar tərtib edilib.
 




Ana səhifəyə qayıt        Baxış: 1 053          Tarix: 7-08-2017, 20:00      

Xəbəri paylaş


Paylaş:   

Prizma