General-leytenant Tiran Xaçatryanın saxlanması və onun həbsi ilə bağlı vəsatət verilməsi Ermənistanın Paşinyan rejiminin siyasi repressiyasının növbəti təzahürüdür.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə revanşist “Ayakve” təşkilatının bəyanatında deyilir.
“Heç kimə sirr deyil ki, indiki rejim Ermənistan ordusuna, onun layiqli zabit və generallarına genetik nifrət bəsləyir. Tiran Xaçatryana qarşı irəli sürülən ittihamlar 44 günlük müharibənin şərtləri ilə bağlıdır.
Mövcud rejim bu repressiya yolu ilə, birincisi, müharibədə məğlubiyyətə görə bütün məsuliyyəti Ermənistan ordusunun, onun zabit və generallarının üzərinə yıxmaq, ikincisi, hərbi sahədən keçmiş təcrübəli və layiqli hərbçiləri zərərsizləşdirməyə çalışır”-deyə bəyanatda qeyd olunub.
Paylaş: