Xəbər lenti

 

Allahın, Peyğəmbərin, imamların adları və Quran ayələri yazılmış boyunbağını, eləcə də, üzüyü gəzdirmək olar.

Ovqat.com islam.az-a istinadən bildirir ki, bunun günahı yoxdur. Lakin bu əşyalarla rəftarda müəyyən qaydaları gözləmək lazımdır. Pak olmadan müqəddəs yazılara toxunmaq olmaz. Belə ki, öhdəsində cənabət və heyz qüslü olan şəxsin bu zinət əşyalarının üzərindəki yazılara toxunması qadağandır. Dəstəmazı pozulmuş adam da bu yazılara əlini və ya bədəninin hər hansı üzvünü toxundura bilməz. Xüsusilə, dəstəmazsız və qüslə ehtiyaclı olan adam diqqətli olmalıdır ki, boyunbağının yazı olan hissəsi çevrilib dəriyə dəyməsin. Həmin boyunbağı və üzüklə ayaqyoluna girmək də məsləhət deyil. Yaxşı olar ki, imkan daxilində yazılı boyunbağını çıxarıb kənarda qoyandan sonra ayaqyoluna girsin, ya da heç olmasa onu paltarın altında gizlətsin. Müqəddəs yazılı üzüyə gəlincə, ayaqyoluna girərkən onu çıxarıb kənara ya da heç olmasa cibə qoymaq lazımdır.




Ana səhifəyə qayıt        Baxış: 1 506          Tarix: 12-08-2017, 21:19      

Xəbəri paylaş


Paylaş:   

Prizma