Xəbər lenti

ABŞ yeni kəşfiyyat məlumatı əldə edib - İsrail İranın nüvə obyektlərinə zərbələr endirməyə hazırlaşır!

Məlumata görə, İsrailin İranın nüvə obyektinə hücum ehtimalı son aylarda əhəmiyyətli dərəcədə artıb. ABŞ-İran sazişinin perspektivi bu planı daha da artırıb.

Siyasi şərhçi, araşdırmaçı jurnalist Heydər Oğuzun fikrincə, İsrail İranı vurmaq üçün çoxdandır ki, fürsət axtarır. Onun əsas məqsədi İranın nüvə istehsalının qarşısını almaqdır.

H.Oğuz Prime Tv-nin efirində yayımlanan “Qırmızı Masa” verilişində bildirib ki, İsrail İranı Amerika ilə bərabər vuracağına ümid edirdi. Amma Tramp hakimiyyətinin hazırda belə bir fikri yoxdur:

“Tramp Ərəb ölkələri ilə müəyyən danışıqlara gedib və İsrail xəttindən bir qədər uzaqlaşıb. Bu səbəbdən də İranın vurulmasını istəmir. Çünki ərəblər də bunu istəmir. Onlar İranın vurulmasını özləri üçün təhlükə hesab edirlər.

İran açıq şəkildə bəyan edib ki, əgər İsrail və ya Amerika onu vurarsa, o da həmin ölkələrin regiondakı tərəfdaşlarını vuracaq. Tərəfdaş dedikdə isə həm Ərəb ölkələrini, həm də Azərbaycanı nəzərdə tutur. Düzdür, son zamanlar İranla Azərbaycan arasında münasibətlər nisbətən düzəlib. Bəlkə də bizi o siyahıdan çıxarıblar. Amma Ərəb ölkələri hələ də siyahıdadır”.

Ekspert deyir ki, bu günədək ABŞ-da Tramp hakimiyyətinin üzvləri arasında İsrailin bu təşəbbüsünü dəstəkləyən insanlar vardı. Lakin Tramp onların bir çoxunu artıq hakimiyyətdən uzaqlaşdırıb.

Qeyd edək ki, Tehran ötən il İran-İsrail müharibəsi zamanı gücündən maksimum istifadə edib və bunu daha da inkişaf etdirmək fikrindədir. Bundan başqa, İran son zamanlar regionda İsrailin əsas düşməni olan husiləri də bu silahla təchiz edir. Husilər İsrailə hücumları məhz İrandan götürdükləri ballistik raketlərlə həyata keçirir.

Odur ki, İsrail İrana hücum etməklə, həm ballistik raketləri məhv etməyi, həm də husilərə ciddi zərbə vurmağı hədəfləyir.





Ana səhifəyə qayıt        Baxış: 5 122          Tarix: 26-05-2025, 18:00      

Xəbəri paylaş


Paylaş:   

Prizma