Xəbər lenti

Suriyanın keçmiş prezidenti Bəşər Əsəd Moskvada zəhərlənib. Mənbələr onun vəziyyətinin stabil olduğunu bildirir.

Musavat.com xəbər verir ki, bu barədə Suriya İnsan Haqlarını Müşahidə Qrupu (Syrian Observatory for Human Rights - SOHR) məlumat yayıb.

Təşkilatın məlumatına görə, Əsəd sentyabrın 29-u Moskvada, şəhərin kənarında yerləşən xəstəxanalardan birindən müalicəsini başa vuraraq evə buraxılıb.

Mənbə bildirir ki, keçmiş prezident xəstəxanada olduğu müddətdə yalnız qardaşı Maher Əsəd və keçmiş prezident aparatının baş katibi Mansur Azzam onu ziyarət edə biliblər.

Hücumun arxasında duranların məqsədinin “Rusiya rəhbərliyini Suriyanın keçmiş liderini qətlə yetirməkdə ittiham etmək” olduğu vurğulanır.




Ana səhifəyə qayıt        Baxış: 3 760          Tarix: Dünən, 14:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma