Xəbər lenti

Almaniya Kansleri Fridrix Merts Kopenhagendə keçirilən Avropa İttifaqı (Aİ) sammitində Macarıstanın Baş naziri Viktor Orbanı tənqid edib.

Oxu.Az-ın xəbərinə görə, bu barədə "Bloomberg" nəşri mənbələrə istinadən məlumat verib.

Nəşrin məsələ ilə tanış olan həmsöhbətlərinin sözlərinə görə, "toqquşma" Aİ-nin öz müdafiəsini necə təmin edə bildiyi və Ukraynanı necə dəstəklədiyi ilə bağlı müzakirələr zamanı baş verib.

"Kopenhagendə Aİ liderlərinin görüşü zamanı Fridrix Merts Viktor Orbanı tənqid atəşinə tutub və Macarıstanın baş nazirini blokun təhlükəsizlik məsələləri üzrə müzakirələri pozmaqda günahlandırıb", - deyə yazıda bildirilib.

Müəlliflər qeyd edirlər ki, Macarıstanın baş naziri Rusiyaya qarşı sanksiyaları gecikdirmək üçün dəfələrlə veto hüququndan istifadə edib və Ukraynanın Aİ-yə üzvlüyünə qarşı çıxır.




Ana səhifəyə qayıt        Baxış: 2 978          Tarix: Dünən, 12:45      

Xəbəri paylaş


Paylaş:   

Prizma