Xəbər lenti

"Avropa artıq 2030-cu il üçün yenidən silahlanmalıdır, 2035-ci il bunun üçün çox gecdir".

Oxu.Az xəbər verir ki, bunu Danimarkanın Baş naziri Mette Frederiksen Kopenhagendə keçirilən "Avropa Siyasi Birliyi"nin 7-ci Zirvə toplantısında bəyan edib. Onun çıxışı Avropa Komissiyasının saytında yayımlanıb.

Xanım siyasətçi qeyd edib ki, o, Avropanın heç bir iş görmədiyini iddia edə bilməz. O ümidvar olduğunu bildirib ki, ön müdafiə xəttinin hazırda Ukrayna olduğu faktını bütün Avropa liderləri qəbul edirlər.

"İsrarla bildirirəm ki, əgər biz Avropanın tamamilə yenidən silahlandırılmasından danışırıqsa, onda 2035-ci il çox gecdir. Biz özünüzü büsbütün müdafiə etməyə artıq 2030-cu il üçün hazır olmalıyıq", - deyə baş nazir bildirib.

Frederikson oktyabrın 1-də NATO-nun üzvü olan ölkələrə müraciət edərək, onları kollektiv Qərblə qarşıdurmada olan Rusiyanın Avropanın parçalanmasına yönəlmiş hərəkətlərinə cavabı gücləndirməyə çağırıb.




Ana səhifəyə qayıt        Baxış: 3 303          Tarix: Dünən, 15:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma