
"Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) İrəvan qarşısında öhdəliklərini yerinə yetirməməsi Ermənistanı müstəqil edib".
Oxu.Az Ermənistan mediasına istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Nikol Paşinyan parlamentdə hökumət saatı zamanı bəyan edib.
"2022-ci ildə biz anlayanda ki, KTMT bizim qarşımızda öhdəliklərini yerinə yetirməyib, yetirmir və yetirməyəcək, o an müstəqil olduq, çünki anladıq ki, yalnız özümüzə arxalana bilərik. Biz anladıq ki, sizin qurduğunuz təhlükəsizlik sistemi əslində köpükdür. Bu, dövlətimizin inkişafının qarşısını almaq üçün bir vasitədən başqa bir şey deyildi", - Paşinyan müxalifətdəki "Ermənistan" fraksiyasının üzvü Armen Xaçatryana müraciət edərək deyib.
Baş nazirin fikrincə, nə qədər acı olsa da, bunu etiraf etmək lazımdır ki, bir sıra ölkələr Qarabağ məsələsindən Ermənistanın tərəqqi və inkişafının qarşısını almaq üçün ilgək kimi istifadə ediblər.
Paylaş: