Xəbər lenti

ABŞ Rusiyanın enerji infrastrukturuna uzaqmənzilli raketlərdən zərbələr endirməsi üçün Ukraynanı kəşfiyyat məlumatları ilə təmin edəcək.

Oxu.Az-ın xəbərinə görə, bu barədə "The Wall Street Journal" nəşri ABŞ rəsmilərinə istinadən məlumat verir.

Nəşrin yazdığına görə, ABŞ Prezidenti Donald Tramp bu yaxınlarda kəşfiyyat agentlikləri və Pentaqonun Kiyevə Rusiya ərazisinə zərbələr endirməkdə kömək etmələri üçün icazə imzalayıb. Nəşrin mənbələri bildiriblər ki, ABŞ rəsmiləri NATO müttəfiqlərindən də analoji dəstək göstərmələrini xahiş edirlər.

Nəşr qeyd edir ki, Kiyevlə kəşfiyyat məlumatlarının mübadiləsinin genişləndirilməsi Trampın Ukraynaya dəstəyini dərinləşdirməsinin son əlamətidir, çünki onun sülh danışıqlarının irəliləyişinə dair səyləri dalana dirənib.

Rəsmilərin sözlərinə görə, Tramp Administrasiyası ilk dəfə olaraq Ukraynaya Rusiya ərazisinin dərinliklərində yerləşən enerji obyektlərinə raket zərbələri endirməkdə kömək edəcək.

Kəşfiyyat məlumatlarının verilməsi o deməkdir ki, Kremli müharibəni davam etdirmək üçün lazım olan gəlirdən və neftdən məhrum etmək məqsədilə Ukrayna öz sərhədlərindən uzaqda yerləşən neftayırma zavodlarına, boru kəmərlərinə, elektrik stansiyalarına və digər infrastrukturlara daha effektiv hücum edə biləcək.




Ana səhifəyə qayıt        Baxış: 2 772          Tarix: Dünən, 10:19      

Xəbəri paylaş


Paylaş:   

Prizma